Sirr saxlamağın əhəmiyyəti haqda məsumlar nələr buyurmuşlar?!


Müsəlmanların sirrini saxlamaq və abırlarını qorumaq - İslam vəhdətinə səbəb olan amillərdəndir. Həzrət Peyğəmbərin (s) İmam Əliyə (ə) etdiyi vəsiyyətdə oxuyuruq: \"Ey Əli! 8 dəstə insan əgər onlara xəyanət olunarsa, özündən başqasını danlamasın. O cümlədən o kəs ki, iki nəfərin arasında sirr olan mövzuya icazəsiz daxil olar”. (Tebyan)
Peyğəmbərimiz (s) öz səhabələrinə buyurur:\"Müsəlmanların qeybətini etməyin. Onların eybini və çirkinliyini kəşf etməyə çalışmayın. Çünki əgər hər kəs başqasının eybini axtararsa, ALLAH onun eybini aşkar edər”.

İmam Sadiq (ə) öz səhabələrindən birinə buyurur: \"Sirrini öz dostuna belə söyləmə. Məgər o sirr ki, düşmənin belə bilsə, sənə ziyan vurmaz. Çünki insanın dostu bir gün düşmənə çevrilə bilər”.
Sirr saxlamaq və din qardaşının eybini gizlətmək həm dünyada və həm də axirətdə fəzilətlər gətirər. İmam Əli (ə) Malikə xitab edərək buyurur: \"Bacardığın qədər insanların eybini gizlət ki, ALLAH da sənin insanlardan gizlətmək istədiyin eybini gizlətsin”.

İmam Kazım (ə) buyurur: \"O kəs ki, müsəlman qardaşının sirrini gizlədər, Qiyamət günü ərşin kölgəsində qərar tutar”.

Həzrət Peyğəmbər (s) buyurur: \"İnsanların sirrini kəşf etməyə çalışmayın. Çünki o kəs ki, qardaşının çirkinlikləri ardınca olarsa, ALLAH da onun çirkinliyinin ardınca olar. O kəsin ki, pisliyinin ardınca ALLAH olarsa, onu evinin daxilində rüsvay edər”.

İmam Sadiq (ə) buyurur: \"Hər kim mömin qardaşının eybindən və günahından agah olar, onu aşkar edər, gizlətməz, onun üçün məğfirət istəməzsə, ALLAH yanında həmin günahı edən kimi olar. ALLAH həmin möminin günahını bağışlayar və cəzası da günahını dünyada aşkar olması olar. Axirətdə günahı gizli qalar”./ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter