İmam Həsən (ə) şəhadətindən öncə səhabəsinə hansı nəsihətləri buyurdu?!


İmam Hesenin nesihetleri

O Həzrətin ömrünün son günlərində (vəfatından öncə xəstə olduğu ərəfədə) Cünadə ibn Əbi Üməyyə ona: Ey, Peyğəmbər övladı, mənə nəsihət et- deyə müraciət etdikdə, İmam (ə) buyurdu:
\"Bəli, (Ey Cünadə) səfərə çıxmağa (ölüm səfərinə) hazırlaş, əcəlin çatmazdan əvvəl azuqəni topla və bil ki, sən dünyanın (dünya malının) ardınca getdiyin halda ölüm də, sənin ardınca gəlir. Gələcək gününün fikrini, hazırda olduğun günündən əvvəl çəkmə”.

\"Bil ki, dünyanın halalında sorğu-sual, haramında cəza və şübhəli (halal və ya haram olması bilinməyən) şeylərdə isə töhmət vardır (yəni Axirətdə insanı dünyanın halal nemətlərindən istifadə etdiyinə görə sorğu-sual, haramlardan istifadə etdiyinə görə cəza və şübhəli şeylərdən istifadə etdiyinə görə isə töhmət, məzəmmət gözləyir)”.

\"Dünyan (dünyanla bağlı işlərin ) üçün elə çalış ki, sanki əbədi yaşayacaqsan. Axirətin üçün isə elə çalış ki, sanki sabah öləcəksən (yəni dünya işlərində tələsməyə bilərsən. Lakin Axirətlə bağlı işlərini heç zaman təxirə salmamalısan)”.
\"Əgər qohum-əqrəbanın köməyi olmadan izzət və ehtiram, həmçinin hökmdar olmadan əzəmət və nüfuz qazanmaq istəyirsənsə, onda Allah-təalaya asi çıxmaq zillətindən qurtulub Ona itaət etmək şərəfinə nail ol”.-ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter