İnsanın imanında Elmul-yəqin, eynul-yəqin, həqqul-yəqin nə deməkdir?!


Allaha mərifət əldə etməyin bir neçə mərhələri vardır ki, insan bu mərifət sayəsində yəqinliyə çatar. Yəqinliyin bir neçə mərhələsi vardır ki, onlarla tanış olaq.

1. Elmul-yəqin nədir? Elmul-yəqini izah etmək üçün belə bir misal çəkə bilərik. Fərz edin ki, bir nöqtədə atəş şölələnmişdir. Sizinlə bu atəş arasında bir divar vardır. Əgər siz tüstü və ya gələn istilik sayəsində divarın arxasından bu atəşin olduğunu dərk etsəniz – bu olur elmul-yəqin. Ona bənzəyir ki, bir nəfər Allahı tanıyar və Ona iman gətirər, ancaq əqli bürhan vasitəsilə.


2. Eynul-yəqin nədir? Əgər siz yuxarıda çəkdiyimiz misalda divarı keçə bilsəniz və atəşi yaxından görsəniz – bu olur eynul-yəqin. Bu mərhələ keçmiş mərhələdən daha üstündür. Ona görə də görmək, eşitməkdən daha üstün hesab olunur. Bu mərhələdə insan tövhidin təsirlərini həyatında əməli şəkildə müşahidə edər.


3. Həqqul-yəqin nədir? Əgər siz atəşə o qədər yaxın olsanız ki, hərarətini hiss edərsiniz və bu atəş sizi isidər – bu hala həqqul-yəqin deyirlər. Bu mərhələ qalan iki mərhələdən daha üstündür. İnsan bu mərhələdə Allaha qarşı yəqinlikdə elə bir dərəcəyə çatır ki, sanki Allahın zatı ilə təmasda olar. Bir halda olur ki, insan artıq özünü görmür, özünü müşahidə etmir. Bu insanın əməli – Allahın əməli, sifəti – Onun sifəti olar. Hər bir yerdə Onu görər. Budur həqqul-yəqin halı. Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter