Nə üçün şiələr \"Ya Rəsuləllah”(s), və ya \"ya Əli”(ə) deyərkən sünnə əhli etiraz edir və bildirir ki, dünyadan getmiş adamı çağırmaq şirkdir və təkcə \"ya Allah” demək olar?


Cavab: Bu etirazları doğuran İbn Teymiyyə və İbn Bazın \"ölüləri çağırmaq şirk və küfrdür” kimi sözləridir. Əvvəla müsəlmanlığın meyarı şəhadət kəlmələri deməkdir. Həmin kəlmələri deyən şəxsin canı və malı möhtərəmdir, həm də insan belə sözlər deməklə dindən çıxmaz.

\"Səhihe Buxari”də Ömər ibn Xəttabdan nəql olunur ki, Peyğəmbər (s) buyurdu: \"Mən xalq \"la ilahə illəllah” deyənədək onlarla vuruşmağa məmuram. Kim \"la ilahə illəllah” desə malı və canı amandadır...” Bu rəvayət \"Səhihe Müslim”də də nəql olunmuşdur.

\"Səhihe-Buxari”də belə bir rəvayət də nəql olunmuşdur:
\"Allahın Rəsulu (s) Bədr döyüşündə öldürülmüş iyirmi dörd nəfərin cəsədini Bədr quyularından birinə atmağı əmr etdi. Üç gündən sonra səhabələri ilə buradan keçərkən quyuya yaxınlaşıb onları adbaad çağırdı və buyurdu: \" Əgər Allaha və onun rəsuluna itaət etsəydiniz, şad olmazdınızmı? Həqiqətən də, biz Allahın vəd etdiyini tapdıq. Siz də Onun vəd etdiyini tapdınızmı?” Ömər Peyğəmbərdən soruşdu ki, cansız cəsədlərləmi danışır? Həzrət (s) buyurdu ki, and olsun o kəsə ki, Məhəmmədin canı onun əlindədir, dediyim sözləri onlar sizdən daha yaxşı eşidir.” Başqa bir rəvayətdə nəql olunur ki, Allahın Rəsulu (s) qəbir ziyarətində ölülərə xitabla buyururdu: \"Salam olsun sizə, ey qəbir əhli...”

Digər bir rəvayətdə nəql olunur ki, Ömərin oğlu Əbdullah Peyğəmbəri (s), Əbu Bəkri və Öməri ziyarət edərkən dedi: \"Əssəlamu ələykə ya rəsulallah, əssəlamu ələykə ya Əbu Bəkr, əssəlamu ələykə ya əbəta”

Qeyd edək ki, dünyanın bütün müsəlmanları namazın təşəhhüdündə deyirlər: \"Əssəlamu ələykə əyyuhənnəbiyy”, yəni \"salam olsun sənə, ey Allahın rəsulu.”
İbn Teymiyyə və İbn Bazın sözlərindən belə çıxır ki, hər gün namazda Peyğəmbərə (s) salam göndərən müsəlmanlar müşrik və kafirdirlər.\\ehliwie-samux


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter