Quran və rəvayətlərə əsasən Cinlər hansı xüsusiyyət və sifətlərlə malikdirlər?!


Cavab: Cinlər insanın gözünə görünməyən varlıqlardır. Quranın bir sıra ayələri onların varlığını təsdiq edir. Hətta 114 surədən biri “Cinn” adlanır. Ayə və rəvayətlərə əsasən, onların bəzi xüsusiyyətlərini sadalamaq olar:

1. Cinlər oddan xəlq olunub.

2. Cinlər insandan əvvəl xəlq olunub.

3. Cin də insan kimi Allah qarşısında vəzifəlidir.

4. Cinlərin bir qismi mömin, bir qismi isə kafirdir.

5. Onlarda da kişi və qadın cinsi var, doğub törəyirlər.

6. Cinlər də ölür.

7. Cinlər sürətlə hərəkət edir.

8. İnsan cini özünə tabe edə bilər.

9. Mömin cinlər İslam Peyğəmbərinə (s) və İmamlara xidmət edir.

10. Bir çox cinlər İslam Peyğəmbərinə (s) iman gətirmişlər. Kitabın adı: Şübhə doğuran suallar=Müəllif: Məhəmməd Turan


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter