Nə üçün camaat namazının birinci və ikinci rəkətlərində yalnız imam, bəzi sünnilərdə isə iqtida edənlər də həmd oxuyur?


Cavab: Şiə fəqihləri yekdil olaraq bu fikirdədirlər ki, camaat namazında əvvəlki iki rəkətdə yalnız İmamın həmd oxuması kifayətdir. Bu məsələyə münasibətdə sünnilər arasında fikir ayrılığı var. Bütün Ərəbistanın müftisi Əbdullah ibn Baz deyir: \"Camaat namazında iqtida edənə (məmuma) həmd oxumaq vacibdir.” Şafeilər də belə hesab edir. Malikilər iqtida edənlərin həmd oxumasını günorta və ikindi namazında müstəhəb, şam və xüftən namazında isə məkruh sayırlar. Hənəfilər isə ümumiyyətlə iqtida edənin həmd oxumasını məkruh bilir. Hənbəlilər isə bildirirlər ki, həmd oxumaq günorta və ikindi namazlarında müstəhəb, şam, xüftən və sübh namazlarında İmamla birlikdə oxumaq məkruhdur.(\"Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1, s. 228) \"Səhihe Buxari” və \"Səhihe Müslim”də də namazın hər rəkətində həmd oxumağın vacibliyini bildirən rəvayətlər var.(Kitabul-əzan”, h. 756) Sünnə əhli arasındakı bu ixtilaf səbəbindən onların camaat namazında kimi həmdi ucadan oxuyur, kimi astadan deyir, kimisi də susur.

YADDAŞ

İqtida etmək istəməyən şəxslər deyilənləri nəzərə alaraq, onlar kimi namaza daxil olub, həmdi də onlar kimi deyə bilərlər. Belə olsa, həm təqiyyə saxlanılar, həm də etiraz bildirilməz.

Kitabın adı: Vəhhabi suallarına cavablarımız
Müəllif: Əli Ətai İsfahani


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter