Nə üçün şiələr namazın salamından sonra üç dəfə təkbir deyir və təkbir deyərkən əllərini yuxarı qaldırırlar?


Cavab: Şiə fiqhində müstəhəbdir ki, namazın salamından sonra üç dəfə təkbir deyilsin və hər təkbirdə əllər qulaqlar bərabərinədək qaldırılsın. Ümumiyyətlə, şiəlikdə namazın birinci və sonrakı təkbirlərini deyərkən əlləri qaldırmaq müstəhəbdir. Sünnilər isə yalnız birinci təkbir, rükudan əvvəlki və sonrakı təkbir, ikinci rəkətə durarkən deyilən təkbirdə əlləri qaldırmağı müstəhəb sayırlar. (Əl-fiqhu ələl məzahibil ərbəəti, cild 1, səh-249. \"Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, s.252)
Sünni müftisi ibn Baz deyir ki, yalnız bu dörd halda əlləri qaldırmaq olar.(\"Töhfətul-ixvan”, Ben Baz, Ben Baz, s. 90)

Kitabın adı: Vəhhabi suallarına cavablarımız
Müəllif: Əli Ətai İsfahani


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter