Nə üçün şiələr Allahdan başqasına and içirlər?! Bu günah deyilmi!


Nə üçün şiələr Allahdan başqasına and içirlər,məsələn,Qurana, Peyğəmbərə, İmamlara, ataya, anaya, bərəkətə və s.?

Qurana nəzər salaq və görək səmavi kitabımız bizə Allahdan qeyrisinə and içməyi haram bilirmi?! Lakin biz Allah kitabına baxdıqda görürük ki, Allah-təala təkcə \'\'Şəms\'\' surəsində doqquz məxluqa and içir. Ancaq bir ayədə rast gəlmirik ki, Allah-təala bunu bizə haram bilsin. Allah-təala buyurur: \'\'And olsun əncirə və zeytuna. And olsun Tur Sinaya. And olsun bu əmin şəhərə (Məkkəyə).\'\' (\'\'Tin\'\' surəsi) \'\'Ey Peyğəmbər! Sənin canına and olsun ki, onlar öz şəhvət sərxoşluqlarında sərgərdandırlar.\'\' (\'\'Hicr\'\' surəsi, ayə-72) \'\'And olsun qələmə və mələklərin yazdığına.\'\' (\'\'Qələm\'\' surəsi, ayə-1) Yox əgər deyilsə ki, ancaq Allah-təala and içə bilər.

Cavab olaraq demək lazımdır ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur, o cümlədən and içməyə də. Quran bəşərə ona görə göndərilib ki, biz ondan ibrət götürək və ona uyğun hərəkət edək. Hədislərə baxsaq görərik ki, Peyğəmbər(s) də məxluqa and içir. Peyğəmbər(s)-in and içməyinə dair məhşur sünnə aliminin öz kitabında qeyd etdiyi hədis var, \'\'Səhihi Müslüm\'\' Zəkat kitabı 3-cü c. səh.93-94 Misir çapı. Peyğəmbər(s) öz səhabələrinə atalarının canına and içməyi həqiqətən də qadağan etmişdi. Çünki onların ataları müşrük kimi dünyadan köçmüşdür.

Müşrük və kafirlərin canına and içmək həqiqətən də olmaz. Ən azı ona görə ki, müşrük və kafirlər buna layiq deyillər. \'\'Səhihi Müslüm\'\' 3-cü c., səh.93-94, bir şəxs Peyğəmbərdən soruşur ki, ya Rəsuləllah, hansı sədəqə daha fəzilətlidir? Həzrət cavabında buyurur: And olsun atanın canına! Bil, o sədəqə daha əzəmətlidir ki, sağlam olasan, pula ehtiyacın ola, fəqirlikdən qorxasan, gələcəyinin fikrində olasan və eyni halda sədəqə verəsən. \'\'Müsnədi Əhməd\'\' 5-ci c., səh.224-225, Peyğəmbər (s) buyurur: And olsun öz canıma ki, əmr be-məruf və nəhy əz-münkər etməyin sakit oturmağından yaxşıdır./ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter