Qiyamət günü Mənəvi və maddi mükafatlar deyildikdə necə başa düşmək olar?!


Biz inanırıq ki, məad həm ruhi və həm də cismi səciyyə daşıyır. Elə buna görə də, Axirətdə insanlara bəxş olunacaq mükafatlar, həm mənəvi, həm də cismi olacaqdır.
Qurani-kərimdə buyurulan bu ayələr: \"Ağaclarının altından arxlar axan behişt bağları” (Tövbə, 89), \"Behişt bağları, onun kölgə və meyvəsi qurtaran deyil” (Rəd, 35) \"İmanlı şəxslər üçün pak zövcələr” (Ali-İmran, 15) və həmçinin, \"cəhənnəmin qaynar-yandırıcı odu və ağır əzabları” barəsində gələn ayələr maddi mükafatın, maddi cəzanın nümunələridir. Lakin bunlardan daha əhəmiyyətlisi mənəvi ləzzətlərdir; ilahi mərifətinin nuru, Allah-təalaya mənəvi yaxınlıq, onun Cəlal və Cəmal sifətlərinin cilvələridir. Bütün bunlar vəsf oluna bilməyən dərəcədə ləzzətbəxş və gözəldir.

Qurani-kərimin bəzi ayələrində Behiştin maddi nemətlərini (təravətli bağlar, rak məskənlər və s...) bəyan etdikdən sonra buyurulur: \"Allahın razılığı, rizası bunların hamısından üstündür. Və ən böyük qələbə Allahın razılığıdır!” (Tövbə, 72)
Bəli, bundan da gözəl ləzzət ola bilməz ki, insan öz məbudu və Allahının tərəfindən qəbul olunduğunu anlasın və Onun razılığını əldə etmiş olsun!
İmam Səccad (ə) buyurur: \"Allah-təala möminlərə buyurur: \"Mənim sizdən razı olmağım və sizə olan məhəbbətim, bəxş etdiyim nemətlərdən daha üstündür”... Onlar bu sözü eşidərək, hamılıqla təsdiq edirlər.” (\"Təfsiri-əyyaşi”, Tövbə, 72-ci ayənin şərhi, \"Əl-mizan”, c. 9-a uyğun olaraq)

Doğrusu, bundan daha ləzzətli nə ola bilər ki, insana Allah tərəfindən belə xitab olunsun: \"Ey aram (rahat) olmuş ruh! Allahdan razı olub, Onun razılığını qazandığın halda Pərvərdigarına doğru qayıt! Və mənim bəndələrimin sırasına keç. Və mənim behiştimə daxil ol!” (Fəcr, 27-30)

Kitabın adı: Bizim dini əqidəmiz -- Müəllif: Ayətullah Məkarim Şirazi\\\\ehliwie-samux



© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter