Təvəssül etmək şirkdirmi? İnsandan istəmək olarmı?!


Allahın Adı İlə-- \"Ölüyə olan təvəssülü inkar etmək şirkdir!\"

Günümüzdə \"Əhli-Sünnə\" adı altında gizlənən \"Vəhabilər və ya Sələfilər\" daima \"Əhli-Beyt (ə)\" tərəfdarlarını şirkdə ittiham etməkdədir. İddiallarını dəstəkləmək üçün isə mövzuya aid olmayan Quran ayələrini dəlil kimi gətirməkdədirlər. Həmin Quran ayələrinin əksəriyyəti \"Allahdan başqasını çağırma\" mövzusundadır. İlk öncə deyə bilərik ki, Quranda \"Təvəssül\" açıq aşkar dəlili olduğuna görə onlar \"diriyə olan təvəsüllü\" şirk hesab edə bilmirlər. Amma həmin \"təvəssül\" edilən şəxs \"ölsə\" və biz ona yenidən \"təvəssül\" etsək, o artıq \"Allahdan başqası\" olur və biz ondan istəməklə ona \"ibadət\" etmiş sayılırıq! Necədə məntiqsiz və çürük bir iddiadır! Allah \"Qurani-Kərim\"-də belə buyurur:

Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər. (Nisa 64)
Onlar dedilər: \'Ey atamız! (Allahdan) bizim günahlarımızın bağışlanmasını dilə. Doğrudan da, biz, günahkar olmuşuq\'. O dedi: \'Mən Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir\'. (Yusif 97-98)

Biz soruşsaq ki, bu insanlar Allah Rəsulu (s)-nun yanına gəlmədən, onu (s) vasitə qərar vermədən, özləri Allahdan birbaşa bağışlanma diləsəydilər, Allah onların tövbələrini qəbul etməzdimi? Cavabları əminik ki, \"Allah onların tövbələrini qəbul edərdi\"- olacaqdı! Bu zaman yenidən soruşsaq ki, Yusifin (ə) qardaşları niyə görə birbaşa Allahdan istəməyib, Yəqubu (ə) vasitə qərar verdilər? Bu zamanda cavabları şübhəsiz ki, \"Yəqub (ə)-un Allah yanında böyük məqama sahib olduğu üçün\" olacaqdı. Deməli bu şəxslərin Allah dərgahına \"vasitə\" qərar verdiyi şey onların \"saleh əməlləri və ya Allah dərgahında böyük məqama sahib olmalarıdır!\" Məgər bu şəxslər dünyadan köçdükdən sonra, onların Allah yanında olan böyük məqamıda onlarla birlikdə məzara gedir? Əlbətdəki Xeyr! Təəssüflər olsun ki, şiələri şirkdə ittiham edən cahillər bu sadə məsələni qavramaq istəmirlər.

Gəlin məsələsini bir hədis ilə daha sadə dildə izah edək. Onların Qurandan sonra ən səhih saydığı \"Məhəmməd İsmayıl əl-Buxari\" öz səhih əsərində yazır:
Rəvayət edilir ki, qıtlıq və quraqlıq üz verdikdə Ömər ibn əl-Xəttab, Abbas ibn Ab­dul-Muttəlibin vasitəsilə (Allahdan) yağmur diləyib: “Allahım, biz Pey­ğəm­bə­rimizin (s) vasitəsilə Səndən yağmur diləyərdik, Sən də bizə yağmur en­di­rərdin. İndi isə biz Peyğəmbərimizin (s) əmisinin vasitəsilə Səndən yağmur di­ləyirik, bi­zə yağmur endir!”– deyər, (Allah da) onlara yağmur nazil edərdi.
Əlixan Musayev, \"Səhih Buxari Müxtəsəri\", İstisqa kitabı, 3-cü fəsil, hədis 551
Hədisdəndə aydın olduğu kimi, Ömər ibn əl-Xəttab Allah Rəsulu (s)-nun əmisinin vasitəsilə təvəssül etməkdədir. Burada isə \"Vahabilərin\" üç seçimi var.
1. Ömər ibn əl-Xəttab etiqad edirdi ki, yağışı yağdıran Abbasın özüdür və buna görədə ona təvəssül edirdi. (Bu açıq aşkar küfrdür!)
2. Ömər ibn əl-Xəttabın etiqad edirdi ki, yağışı yağdıran 50% Abbas, 50% isə Allah idi. (Bu Allaha məxsus sifəti \"müstəqil\" formada bəndəyə verdiyi üçün böyük şirkdir!)
3. Ömər ibn əl-Xəttab etiqad edir ki, yağışı yağdıran Allahdır, Abbas isə yağış yağması üçün Allah dərgahına tutulan bir vasitədir. (Bu isə icazəli olub, Tövhidin özüdür!)
Şəkk və şübhə yoxdur ki, onlar bu seçimlərlərdən yalnız üçüncünü seçəcəklər. Amma xatırladaq ki, bu cahil şəxslər \"ölüyə olan təvəsüllü şirk\" hesab etməkdədirlər. Bu etiqadla isə onların seçimləri əslində 1 və ya 2-ci seçim olacaq.

Çünki əgər yağışı yağdıran mütləq şəkildə Allahdırsa, onda Abbasın ölü və ya diri olmasının nə fərqi var? Məgər Abbasın sağ ikən olan saleh əməlləri öldükdən sonra onunla məzara gedir? İddia edirlərsə ki, ölüdən istəmək olmaz, onda belə çıxır ki, bu insan nə qədər ki sağ idi bu işi görə bilirdi amma öldükdən sonra onun buna qüdrəti çatmır. Yəni etiqad etmiş olurlar ki, Abbas \"öldükdən\" sonra \"yağış yağdırmağına\" qüdrəti çatmadığına görə ondan istəmək olmaz. Amma Abbas sağ ikən bu işdə \"Allaha şərik idi\" və yağış yağdırırdı! Bununlada Abbası, Allaha şərik etdiklərinə görə şirkin tam ortasına düşmüş olurlar! Şiənin etiqadı isə budur ki, Abbas sağ oldu və ya ölü oldu, onun buna qüdrəti yoxdur yağışı yağdıran məhz Allahdır! Bir insanın sağ ikən \"saleh əməlləri\" ilə təvəssül edilirsə, O insan öldükdən sonrada onun \"saleh əməlləri\" ilə təvəssül etmək icazəlidir! Yəni əgər bir insan Allahın istədiyi kimi yaşasa və Allah yanında böyük məqama sahib olsa sonrada ölsə, onun Allah yanındakı məqamı yenədə dəyişməz olaraq qalacaqdır. Şiələrdə bu cür şəxslərin Allah yanında olan \"böyük məqamını\" və ya \"saleh əməllərini\" vasitə qərar verərək öz hacətlərini \"Allahdan\" istəyirlər. Necəki Yəqub (ə)-un övladları bu işi görmüşlər!
Vəlhəmdulillahi Rəbil Aləmin!
Mənbə: \"Həqiqətlər\" kanalı, Telegram.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter