Şaban ayının xüsusi günlərinin əməlləri vardırmı?!


Bu ayın xüsusi günlərinin əməlləri:

1. Şəban ayının ilk gününün orucu çox fəzilətlidir və İmam Sadiqin (ə) buyurduğuna görə, insanı behiştlik edər.

2. Şəban ayının üçüncü günü barəsində oxuyuruq ki, İmam Həsən Əsgəri (ə) buyurur ki, İmam Hüseyn (ə) bu gündə dünyaya gəlmişdir, ona görə də həmin günü oruc tutmağın savabı böyükdür.

3. Bu ayın 13, 14, 15-ci günlərini oruc tutmaq. Çünki bu günlər “Əbyəz” günləridir. Rəcəb ayında olduğu kimi, Şəban ayının bu günlərində də oruc tutmaq böyük fəzilətə səbəb olar.

4. Nimeyi-Şəban gecəsi qüsl almaq, gecəni oyaq qalmaq, namaz və dua ilə məşğul olmaq tövsiyə olunur.

5. Şəban ayının son üç gününü oruc tutmaq və onu Ramazan ayına qoşmaq – insana iki ay dalbadal tutulan orucun savabını gətirər/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter