Niyə öləndən sonra cəsəddən pis iy gəlir? və nə belə fəlsəfəsi vardır!!


Canlıların bədəni, xüsusilə də insan bədəni iki-üç gündən sonra pis iy verməyə başlayır.

Qüdsi hədisdə Allah insanlar əta etdiyi bir neçə nemətin adını çəkir ki, onlardan biri də insan öləndən sonra bədəninin iylənməsidir.

Allah buyurur: “Mən bəndələrimə üç nemətə görə minnət qoymuşam:

1. Onların bədənini ruhu çıxan zaman pis iyli edirəm. Əgər belə olmasaydı, heç kəs (qohumlarının və ya ) dostunun cənazəsini dəfn etməzdi.

2. Müsibət və bəladan sonra unutmağı onlara hakim etdim. Əgər belə olmasaydı, heç kimin xoş bir həyatı olmazdı.

İnsanın hafizə qüvvəsi çox qəribədir. Hafizə qüvvəsi avtomatik olaraq, yeni məsələlər və xatirələr gələn zaman keçmiş xatirələri silir və eyni zamanda insana əziyyət verən xatirələrdən xilas olur. Hafizəsi yeni məsələləri qəbul etməyə hazır olur.

Elə burada başa düşür ki, özünü tanımaq Allahı tanımağın açarıdır.

3. “Bu hərəkət edənləri xəlq etdim və buğda və arpaya hakim etdim, əgər belə olmasaydı, onların rəhbərləri bu buğda və arpanı qızıl və gümüş kimi toplayardılar”.--Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter