Məsumların tapşırıqlarına əsasən Xəstəliklərdən şəfa tapmağın ən yaxşı yolları hansılardır?!


Əhli-Beyt (ə) bizə həyatın hər bir sahəsində yardım etdikləri kimi, tibb sahəsində də bizə bəzi tövsiyələr edirlər. Əgər onlara əməl etsək bədən və ruhi xəstəliklərimizi müalicə edə bilərik.


İmam Sadiq (ə) buyurur: “Biz Əhli-Beyt (ə) (xəstələnən zaman) ancaq xurmadan pəhriz edirik. Çünki Peyğəmbər (s) İmam Əli (ə) xəstə olan zaman onu xirma yeməkdən pəhriz edərdi”.

İmam Sadiq (ə) buyurur: “Soyuq su yeməyi mədədə həzm edir”.
İmam Kazım (ə) buyurur: “Qaynanmış su hər şey üçün faydalıdır. Heç bir ziyanı yoxdur”.

Həzrət Peyğəmbər (s) bir gün İmam Əlinin (ə) evinə gəlir və onu qızdırmalı görür və buyurur ki, innab yesin.
İmam Əli (ə) buyurur: “Hərarətin yanğısını bənövşə və soyuq su ilə yatızdırın”.

İmam Sadiq (ə) buyurur: “Biz Əhli-Beyt (ə) qızdırmanı üstümüzə soyuq su səpməklə və alma yeməklə müalicə edirik”. Həmçinin buyurur: “Alma yeyin ki, bədəninizin həratini söndürəsiniz, daxilinizi sərinləndirin”. Həmçinin buyurur: “Qızdırmanı müalicə etmək üçün şəkəri döy və suda həll et. Səhər acqarına və günəş batarkən iç”. (Tebyan)

İmam Hadi (ə) buyurur: “Malyariya qızdırması üçün ən yaxşı şey odur ki, bal və zəfərandan hazırlanmış halvadan çox yesin. O günü ondan başqa heç nə yeməsin”.
Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman qan təzyiqiniz yüksək olsa, qan aldırın”.
İmam Əli (ə) buyurur: “Qan alma bədənin sağlamlıq mənbəyi və ağlı gücləndirəndir”.

İmam Baqir (ə) buyurur: “Ərəbin təbabəti üç şeylədir: qan alma, imalə, dağ etmə müalicəsi”.
İmam Sadiq (ə) buyurur: “Müalicə dörd şeylədir: burun damcısı, qan alma, imalə və hamama getmək”.

İmam Kazım (ə) buyurur: “Təzə və yumşaq armud bədənin hərarətini söndürər”.
İmam Rza (ə) buyurur: “Hər kim qış fəslində zökəm olmaq istəmirsə, hər gün üç qaşıq balla mum yesin”.

İmam Əli (ə) buyurur: “Nə zaman müsəlman zəifləsə, əti südlə bir yerdə yesin. Çünki Allah hər ikisində qüvvət qoymuşdur”.
İmam Sadiq (ə) buyurur: “Xına tərin pis iyini aparar, simanı şad və ağzı xoş iyli, övladı gözəl edər”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter