Səfərdə namaz necə qılınır və müsafİr kİmə deyİlİr?


Cavab: Səfəri qırx beş kilometr və ondan çox məsafədən ibarət olan şəxs müsafir hesab olunur. Bir şərtlə ki, onun getdiyi yol iyirmi iki tam, onda beş kilometrdən az olmasın.

Səfərdə qılınan namazlar adi vaxtda qılınan namazdan fərqlənirmi?
Cavab: Müsafir zöhr, əsr və işa namazlarını dörd rəkət yox, iki rəkət qılır. Amma namazın yarı qılınması (qəsr) üçün şərtlər mövcuddur:
1. Səfər qırx beş kilometrdən (səkkiz fərsəx) az olmamalıdır;
2. Səfərə çıxarkən məqsəd qırx beş kilometrlik yolu getmək olmalıdır;
3. Yolun ortasında müsafir fikrini dəyişməməlidir;
4. Qırx beş kilometr tamam olmamış yolu vətənindən keçməməlidir və ya bir yerdə on gündən artıq qalmamalıdır;
5. Səfərin məqsədi haram iş olmamalıdır;
6. Köçəri həyat tərzi keçirən insanlar namazlarını tam qılmalıdır;
7. Səfərə çıxmaq peşə olmamalıdır;
8. Vətənindən və ya on gün qalacağını qəsd etdiyi yerdən o qədər uzaqlaşmalıdır ki, şəhərin divarı görünməsin və azan səsi eşidilməsin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter