İnsanın zahiri batinindən xəbər verərmi?


İnsanın zahirindən, onun batini haqqında təsəvvürə malik olmaq olarmı?

İnsanların əksər hissəsinin zahiri batinlərinə təsir qoyar, eyni zamanda batinləri də zahirlərində əks olunar. İnsan adətən geyimi ilə tanınar. Çünki geyim tərzi onun daxilindən qaynaqlanar. O şeyi ki, gözəl bilər – onu geyinər. Alimlərin buyurduğu kimi, düşündüyü kimi yaşayar.

Yəqin siz də yaxşı bilirsiniz ki, hər insan özünəməxsus geyimlər geyinər. Belə ki, nəyi gözəl hesab edərsə, onu da geyinər. Yəni, zahirindən batinini az da olsa, görmək olar. Ancaq bu amil insan batinini aşkar etmək üçün kifayət deyildir. Çünki çox sayda insanlar vardır ki, batinlərini gizlətməyə çalışırlar. Özlərini başqalarına bənzədib, onların üslubunda geyinərlər. Halbuki, bu geyim öz düşüncələrinin seçimi olmamışdır.


Əmirəl-möminin (ə) buyurur: “İnsan heç bir zaman batinini gizlədə bilməz, əslində ağzından çıxan sözlər, qiyafəsində olanlar onu aşkar edər”.

Quran münafiqlər haqqında buyurur: “Əgər istəsək onları sənə göstərərik (və) sən onları üz və simaları ilə tanıyarsan. Sən mütləq onları danışıq tərzlərindən tanıyacaqsan. Allah sizin (bütün) etdiklərinizi bilir”. (“Muhəmməd (s)”, 30).

Yəni, insanın dili, sözləri, fikirləri, etiqad və əxlaq arasında xüsusi rabitə mövcuddur. İnsanın dediklərinə əsasən daxilindən xəbər tutmaq olar.



İmam Sadiq (ə) zahir barəsində buyurur: “Saqqal buraxmaq – İbrahim Hənif (ə) dininin təlimlərindəndir”.
Əmirəl-möminin (ə) Bəni-Mərvan ordusunu məzəmmət edərək buyurmuşdu: “Onlar o kəslədir ki, saqqallarını qırxırlar və bığ buraxırlar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Bığınızı qısaldın və saqqal buraxın və özünüzü zərdüştlülər kimi etməyin”.

Bu hədislərdən göründüyü kimi İslam dini zahirə çox əhəmiyyət verən bir dindir. Hər bir müsəlman öz zahirinə, geyiminə və gigiyenasına əməl etməlidir. Çirkli paltar geyinməkdən və napak gəzməkdən çəkinməlidir. Çünki zahirinin gözəlliyi istər istəməz daxilinə təsir qoyar. Daxilində xüsusi qığılcımlar yaradar. Bu qığılcımlar isə onu doğru düşünməyə vadar edər.

Beləliklə deyə bilərik ki, insan zahirinin batininə təsiri vardır. Ancaq insan zahiri ilə kifayətlənərək, batinindən xəbər tutmaq olmaz. Haradasa onun başqaları ilə rəftarına, dediklərinə və əxlaqına diqqət edərək, batinini tanımaq olar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter