Məzlumun, zalımın arxasınca danışmasına icazə verilirmi?


Başqalarının arxasınca danışmaq – dinimiz tərəfindən məzəmmət olunan əməllərdəndir. Allah Təala Qurani-Kərimdə müsəlmanları bu işdən çəkindirmişdir. Ancaq Quranın bir ayəsində məzluma icazə verir ki, zalımın arxasınca danışsın: “Allah zülmə məruz qalmış şəxs istisna olmaqla (qeybət etmək, böhtan demək, pisləmək, söz gəzdirmək və qarğış etmək kimi) pis sözlərin aşkar və ucadan deyilməsini sevmir. Allah həmişə eşidən və biləndir”. (“Nisa” 148).

Allah Təala bu ayədə buyurur ki, zalımın zülmünü aşkar etmək üçün, onun arxasınca danışmaq olar. Eyni zamanda məzluma da xatırladır ki, Allah hər şeyi eşidən və biləndir. Yəni, məzlum da gərək həddi aşmasın.

Dinimiz buyurur ki, müsəlman gərək qarşı tərəfi narahat edən sözlərdən çəkinsin və qeybətini etməsin. Töhmət etməsin ki, onun əziyyət çəkməsinə səbəb olmasın. Çünki bu əməl Allahın qəzəbinə səbəb olar.


Allah möminin canını və abırını qoruyur. Heç kəsə icazə vermir ki, onun haqqında pis sözlər desin. “Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın”. (“Qaf” 18).


Beləliklə deyə bilərik ki, başqalarının arxasınca danışmaq – bəyənilməyən əməllərdən olsa da, bəzi yerlərdə istisna olunur. Belə ki, Allah Təala Quranda məzluma icazə verir ki, zalımın zülmünü aşkar etsin və onu məzəmmət etsin.


Hər bir halda deyə bilərik ki:

1. Allah sevmir ki, kimsə başqasından intiqam almaq üçün arxasınca pis sözlər desin, məgər məzlumlardan başqa.

2. Allah sevmir ki, onun bəndəsini başqalarının yanında danlasınlar və pis söz desinlər, məgər məzlumdan başqa.

3. Allah sevmir ki, kimsə başqasını məzəmmət etsin və ondan şikayətlənsin, məgər məzlumlardan başqa. (Həvzəh)

Bəli, bu əməl – bəyənilməyən əməldir, ancaq məzlum bu əməli yerinə yetirərsə, ona qəbahət tutulmaz. Çünki zalımın zülmünü aşkar edər. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter