Möminlərin şəfaətçiliyi necə olur?


Əbu Bəsir nəql edir: “Mən səhabələrin biri ilə İmam Sadiqin (ə) xidmətinə getmişdim. Həzrətə (ə) dedim: “Ey Allah Rəsulunun oğlu! Bəzən səbəb olmadan qəmgin və narahat oluram. Bunun səbəbi nədir?”.

Həzrət (ə) buyurdu: “Sizə çatan qəm və sevinc bizim tərəfimizdəndir. Çünki nə zaman biz qəmgin olsaq və ya şadlansaq – onun təsirindən siz də sevinir və qəmgin olursunuz. Səbəbi budur ki, bizlər və sizlər bir nurdan, yəni Allah Təalanın nurundanıq.

Allah sizlərlə bizim fitrətimizi eyni cür qərar vermişdir. Ancaq sizin fitrətiniz düşmənlərin fitrəti ilə qarışmışdır. Buna görə də bizimlə bərabər mərtəbədə olmaqdan xaric olmusunuz. Əgər bu cür olmasaydı, siz günah etməzdiniz”.



Həzrətə (ə) dedim: “Bizim fitrətimiz və nurumuz əslinə tərəf qayıdırmı?”.

Həzrət (ə) buyurdu: “Bəli. Allaha and olsun ki, bizim davamçılarımız Allah nurundan xəlq olmuşdur. Həmin nura tərəf də qayıdacaqdır. Allaha and olsun ki, Qiyamət günü sizlər bizə qoşulacaqsınız. Biz şəfaət edəcəyik və şəfaətimiz qəbul olunacaqdır.

Allaha and olsun ki, siz də şəfaət edəcəksiniz və şəfaətiniz qəbul olunacaqdır. Sizlərdən eləsi yoxdur məgər o halda ki, sol tərəfindən cəhənnəmə və sağ tərəfindən behiştə qəbul edər. Ona görə də dostları behiştə və düşmənlərini cəhənnəmə daxil edər”\"./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter