Böyük alim riyadan necə qaçdı?


Əhli-Beytin (ə) böyük alimlərindən olan Abdullah Şuştəri, Şeyx Bəhayi ilə eyni dövrdə yaşamışdır. Bir gün Şeyx Bəhayini görmək üçün onun evinə gəlir.

Onun gəlməsindən bir neçə saat keçəndən sonra azan deyən azan oxumağa başladı. Şeyx Bəhayi də Abdullah Şuştərindən istədi ki, “İndi ki, namaz vaxtı gəlibdir, bizimlə birlikdə namaz qıl və biz də sənə iqtida edək. Sənin camaat namazının feyzindən bəhrələnək”.

Mövla Abdullah bir qədər fikrə getdi və Şeyxə bir cavab vermədən, ayağa qalxıb evinə getdi.

Bəzi dostları onun bu rəftarının səbəbini soruşub deyirlər: «Siz ki, namazın vaxtına bu qədər əhəmiyyət verirsiniz, niyə Şeyxin evində namaz qılmadınız?».

Alim deyir: «Şeyxin təklifindən belə bir fikir batinimdə yaranmağa başladı ki, Şeyx Bəhayi kimi bir insan mənə iqtida etmək istəyir. Mən də riyaya bulaşmaq qorxusundan məclisi tərk etdim və evimə qayıtdım”.

Həzrət Peyğəmbər (s) buyurur: “Çəkin o şeydən ki, zahirində yaxşı insanların əlaməti görünsün, ancaq həqiqətdə ondan əliboş olasan. Belə halda riyakarlarla məhşur olarsan”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter