Haqq-hesab çəkilmədən behiştə daxil olanlar?!


Allahın rəhim və mərhəməti çox böyükdür. Belə ki, bütün insanlara və bütün məxluqlara şamil ola bilər. Bu mərhəmət xüsusilə o kəslərə şamil olar ki, İlahi bəxşişə ümid bəsləyirlər.

Quran şəhadət verir ki, Allaha iman bəsləmək, Allah yolunda şəhid olmaq, Əhli-beyt (ə) dostluğu, insanlara qarşı güzəştli olmaq bais olar ki, insan hesab vermədən behiştə daxil olsun. Bəs bu insanlar kimlərdir?

1. Möminlər. Məsumlardan (ə) gələn hədisdə oxuyuruq: “Möminlər nicat taparlar və hesab vermədən behiştə daxil olarlar”.

2. İlahi Övliyalar. Məsumlardan (ə) gələn hədisdə oxuyuruq: “Allaha, Rəsuluna (s), yer üzündə Allahın hüccətlərinə mərifəti olan və onların haqqını etiraf edən və onların mütisi olan İlahi Övliyalar hesab vermədən behiştə daxil olacaqlar”.

3. Əhli-beyt (ə) davamçıları. Qəbisə nəql edir ki, İmam Sadiqdən (ə) “Ğaşiyə” 25-26 ayəsi haqqında suul verdim və Həzrət (ə) mənə buyurdu ki, bizim haqqımızda nazil olmuşdur. Mən İmama dedim ki, mən bu ayənin təfsirini öyrənmək istəyirəm. Buyurdu: “Qiyamət günü olan zaman Allah davamçılarımızın hesabını bizə tapşıracaqdır. O şey ki, onlarla Allah arasında olan Peyğəmbər (s) Allahdan bağışlanmalarını istəyər. O şey ki, onlarla insanlar arasında olar, Peyğəmbər (s) onların əvəzini verər. O şey ki, bizimlə onların arasındadır, onlara bağışlayarıq ki, hesab vermədən behiştə daxil olsunlar”. Bu hədisdə nəql edilənlər o kəslərə şamil edilir ki, Əhli-beyt (ə) davamçısı olmağa layiqdir.

4. Kərbəla şəhidləri. İmam Əli (ə) Kərbəla torpağına çatan zaman demişdi: “Xoş olsun sənin halına, ey pak torpaq! Səndən elə bir insanlar məhşur olacaqdır ki, hesab vermədən behiştə daxil olacaqlar”.

5. Allah dostları ilə əlaqəsi olanlar. Həzrət Peyğəmbər (s) buyurur: “Allah buyurur: “O kəslər Mənim məhəbbətimə layiqdirlər ki, Məni yadlarına salsınlar və Mənim cəlal və əzəmətimə görə dostluq etsinlər. Qiyamət günü onların siması nurdandır və nurdan olan taxtda qərar tutarlar. Əyinlərində yaşıl paltar olar”. Bir nəfər soruşur ki, onlar kimlərdir? Buyurulur: “Onlar nə peyğəmbərdirlər, nə şəhidlərdir. Onlar Allah dostları ilə dostluq ediblər və hesab vermədən behiştə daxil olacaqlar””.

6. Güzəşt etməyi bacaran insanlar. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü olan zaman nida edən deyəcəkdir: “Hər kimin mükafatı Allahladır, behiştə daxil olsun”. Soruşarlar ki, kimin mükafatı Allahladır? Deyər: “Onlar ki, insanları əfv edər, bu dəstə insanlar hesab vermədən behiştə daxil olarlar””.

7. Rəcəb ayının oruc tutanları. Hər kim Rəcəb ayında beş gün oruc tutarsa, Allahın öhdəsindədir ki, Qiyamət günü onu sevindirsin. Qiyamət günü elə məbus olar ki, siması on dörd günlük ay kimi parıldayar və qumun dənələri qədər ona həsənə yazılar. Hesab vermədən onu behiştə apararlar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter