Mələkələr hansı əməl sahiblərinə gülərlər?!


Bir gün Həzrət Peyğəmbər (s) Cəbrayildən (ə) soruşur: “Mələklər gülüb-ağlayırlarmı?”.


Cəbrayil (ə) deyir: “Bəli. Üç insana təəccüb üzündən gülərlər. Üç insana ürəkləri yandığı üçün ağlayarlar.


Güldükləri ilk kəs: O kəsdir ki, bütün gününü yersiz sözlər və işlər görməklə keçirər, axşam olan kimi işa namazını qılıb, yenə yersiz işlərinə davam edər. Mələklər gülər və deyər: “Ey xəbərsiz! Səhərdən axşama qədər doymamısan, indi doyacaqsan?”.


Güldükləri ikinci kəs: Əkinçi öz belini və külüngünü götürər və torpağını islah etmək bəhanəsi ilə (özü ilə şəriki arasında olan) müştərək divarı ovar ki, öz payını çoxaltsın. Mələklər gülər və deyərlər: “Bu torpaq bu qədər genişliyi ilə səni doydurmayıb, bu müxtəsər yer doyduracaqdır?”.


Güldükləri üçüncü kəs: O qadın ki, sağ olan zaman özünü naməhrəmdən örtməz, ölən zaman qəbrə qoyanda bədənini örtərlər ki, heç kəs bədəninin həcmini görməsin. Mələklər gülər və deyərlər: “O zaman ki, meyil və rəğbət var idi, onu örtmürdünüz, indi ki, kərahətə səbəb olmuşdur, onu örtürsünüz?””. -Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter