Hansı ibadətlərdir ki, pis əməllərin təsirlərini silər?!


Bəli, bəzi ibadətlər vardır ki, hər kim onları yerinə yetirərsə, bu, əvvəllər etdiyi günahlarını məhv edər və əməl dəftərindən silər. Allah Təala bu ayədə belə buyurur: “Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir”. (“Ənfal” 29).



Şəhid Mütəhhəri “İlahi ədalət” kitabında iman ilə küfrün rabitəsi barəsində maraqlı mövzular bəyan etmişdir. Alim buyurur ki, heç bir əməl, iman olmadan qəbul olunmaz. Bunun da səbəbi bu deyildir ki, Allah Təala bəzi insanları, Ona itaətsizlik etdikləri üçün sevmir və buna görə də saleh əməllərini məhv edir. Xeyr, ona görədir ki, əməlin qəbul olması, yəni Allah dərgahına yuxarı qalxması üçün iman lazımdır.



Əgər iman olmazsa, Quranın da buyurduğu kimi, həmin əməl təkbaşına yuxarı qalxa bilməz, buna gücü çatmaz. Bu nəzərdən baxanda, əməl dünya əhli yanında hər nə qədər gözəl görünsə də, yuxarı qalxması üçün zəmanət verilə bilməz. Buna görədir ki, deyirlər küfr, saleh əməli məhv edər.



Dünya qanunları Qiyamət qanunlarındən çox fərqlənir. Qiyamətdə belə deyildir ki, insan günah edən kimi cəzasını elə həmin anda görəcəkdir. Ya xeyir əməl yerinə yetiribdirsə, savabına çatacaqdır. Qiyamət qanunları gələcəyə baxar. Gələcəkdə edəcəyi günah və ya saleh əmələ baxar. Əgər saleh əməl yerinə yetirərsə, günahlarını bağışlayar. Yox, əgər əksinə – küfr edərsə, əməlləri məhv olar.



Bu səbəbdən deyirlər ki, mömin o kəsdir ki, hər xofu olar, həm də rəcası. Yəni, həm Allahdan qorxar və həm də onun rəhmətinə ümid bəsləyər. Çünki yaxşı bilər ki, hər günahı Allah bağışlamaz. Şirk kimi günahlar, hər nə qədər saleh əməl yerinə yetirsən də, bağışlanmaz. Bunun tək yolu – tövbə etmək və həqiqi peşman olmaqdır. Qəlbində peşman olmaqdır, dilində deyil.

Ona görə ey insan! Hər saleh əməlinə görə öyünmə. Ola bilsin ki, yuxarı qalxmasın və sənin dərəcəni qaldırmasın. Allaha təvəkkül et və ancaq Ona ümid bəslə. İmanın sənin yardımçındır./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter