İslamın baxışına əsasən Bəxtin gətirməsi vardırmı?


İslam dini bizə öyrədir ki, bəxtin gətirməsi mövcud deyildir. Hər bir hadisənin nəticəsi onun səbəbindən asılıdır. Bu dünyada səbəb olmadan nəticə olmaz. Hər kim bəxt olduğunu iddia edirsə, Allahın varlığına inanmır deməkdir. Bu dünyada hər bir şey Allahın əlindədir və Onun qüdrətinə tabedir. (Tebyan)

Bu mövzu fəlsəfə elmində sübut olmuşdur. Lakin bəziləri deyir ki, adətən həsəd aparan insanın bəxti başqalarından daha çox olur. Baxaq görək, həsəd aparmaq nədir? Həsəd odur ki, insan başqasının əlində olanın aradan getməsini arzu edər. İstər bu nemət ona çatsın, istərsə də çatmasın. Həsəd aparının əqidəsinə görə bu nemətin həmin şəxsin əlində olması adil deyildir.

Adətən həsəd aparan şəxs həmişə istəyər ki, nemət sahibi həmin nemətdən məhrum olsun.

Həsəd aparan deyir ki, nemətin onun əlində olması düzgün deyildir. Bu söz ədalətli olmağa ziddir. Hədislərin birində oxuyuruq ki, Allah Təala Musa ibni İmrana (ə) buyurur: “Həsəd aparan Mənim bəndələrimə verdiyim nemətlərimdən narahat və qəzəblidir”. Yəni, Allahın gördüyü işlərə görə narahatdır. Həsəd aparan bəzi işlərini ona görə bəxt adlandırır ki, zahirdə onu fayda kimi göstərsə də, batində və qəlbində İlahi hikmətə etiraz edir.

İmam Sadiq (ə) buyurur: “Həsəd - küfrdür”. Yəni, bu insan əməldə Allaha küfr edir və əmələn şirk edir.

Həsəd bir növ xəstəlikdir və bu təhlükəli xəstəliyi müalicə etmək lazımdır. Əgər kök salarsa, müalicəsi çətinləşər.

Beləliklə deyə bilərik ki, bəxtin gətirməsi deyilən bir şey mövcud deyldir və bu dünyada olan hər bir hadisə və hər bir fenomen Allahdan asılıdır. Həsəd isə ruhi xəstəlikdir. Bu insan Allahın gördüyü bir işə qəzəblənər. Yəni, küfr edər.--Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter