Sual: Kərbəla cinayəti fərdi məsələdir, yoxsa ictimai?


Cavab: Bu suala oxuduğunuz cavablar arasında vaxt aşırı cavab verildiyinə baxmayaraq ayrıca olaraq cavab veririk.
Atası Müaviyənin qəsb etdiyi xilafət taxtına oturan Yezidin törətdiyi bu cinayət heç də Həzrət İmam Hüseynin(ə) şəxsiyyətinə qarşı yönəlməmişdi. Bu ilahi şəxsiyyət Yezid ibn Müaviyənin oturduğu taxt-taca və onun zülmkar və fasiq hökuməti üçün bilavasitə təhlükəli idi. Yezidin Mədinə valisinə məktub yazaraq “Hüseyn ibn Əlinin ya bey’ətini, ya da başını mənə göndər” deməsi və ətrafındakıların ona hoqqabaz və hiyləgər atası Müaviyyənin oğlunun ağılsızlığını bilərək “Hüseyn ibn Əli ilə müharibə etmə, səltənəti əldən verərsən” deməsini xatırladarkən əli ilə oturduğu taxta işarə edərək onlara: “Ya Hüseyn, ya bu taxt-tac” deməsi buna açıq-aşkar dəlildir. Yezid ibn Müaviyə ibn Əbu Süfyan İmam Hüseyni (ə) cəmiyyətdən uzaqlaşdırmaqla həmin cəmiyyətin üzərində öz cinayətkar hökumətini möhkəmləndirmək niyyətində idi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter