İmamın xüsusİ nümayəndələrİ kİmlər İdİ?


Cavab: Əsrin imamı kiçik qeyb dövründə dörd səfir vasitəsi ilə müsəlman xalqla təmasda olmuşdur. Xalqın bir çox ehtiyacları həmin nümayəndələr vasitəsi ilə ödənmişdir. Xüsusi nümayəndələr dörd nəfər olmuşdur:
1. Osman ibn Səid Əmri: bu şəxs Bəni-Əmr ibn Amir qəbiləsindən idi. O on bir yaşından başlayaraq Peyğəmbər ailəsinin xidmətində durmuşdu. Osman imam Hadi və həzrət Əskərinin (ə) səhabəsi sayılırdı. O həm də imam Əskərinin (ə) xüsusi vəkili idi. Osman o qədər etibar qazanmışdı ki, həzrət Əskəri (ə) onun haqqında onun oğlu Məhəmməd ibn Osmana belə buyurmuşdur: “Əmr və onun övladı mənim etibarımı qazanmışdır. Mənim adımdan nə danışsalar, bilin ki, həqiqətən məndən eşitmişlər və nəql edirlər. Onların hər ikisinə etimadım var. Hər ikisini dinləyin və dediklərini icra edin.”
Həzrət imаm Hәsәn Əskəri (ə) öz övladını ciddi nəzarət altında saxladığından az adamlar onu görə bilirdilər. Osman imam Əskərinin (ə) həyatı dövründə həzrət Mehdini (ə) onun evində ziyarət edə bilən xüsusi şəxslərdən idi. Onun həyatı rical kitablarında əhatəli şəkildə bəyan olunmuşdur.
2. Məhəmməd ibn Osman ibn Səid: Bu şəxs əvvəlki nümayəndə Osmanın oğludur. O, həzrət imamın ikinci səfiri və vəkili olmuşdur. Bu şəxs imam Əskərinin (ə) həyatı dövründə yaşamış və imam onun haqqında xoş sözlər demişdir. Onun nümayəndəlik dövrü uzun çəkmiş və o daim şiələrin məktubunu həzrətə çatdırmışdır. Məktublara verilən yazılı cavablar Məhəmməd vasitəsi ilə ünvana göndərilərdi. Məhəmməd üç yüz dörd və ya üç yüz beşinci ildə vəfat etmişdir.
3. Hüseyn ibn Ruh: Bu şəxs həmin dövrdə şiə aləmində ağlı və agahlığı ilə tanınmışdır. O, Məhəmməd ibn Osmanın, imamın ikinci səfirinin sirdaşı idi. Məhəmməd əsrin imamının göstərişi ilə səfirliyi Hüseyn ibn Ruha həvalə etdi. Özü hicri-qəməri 326-cı ildə dünyasını dəyişdi.
4. Əli ibn Məhəmməd Səməri: Bu şəxs həzrət Mehdinin (ə) sonuncu səfiri olmuşdur. İmam özü ona məktubla müraciət edərək, onu son səfir təyin etmiş və tapşırmışdır ki, nə badə öz yerinə başqasını tanıtdırsın. Son səfir 329-cu ilin Şəban аyının 15-dә vəfat etmişdir. Dördüncü nümayəndənin vəfatı ilə səfirlik qapısı bağlanmış və böyük qеyb dövrü başlanmışdır. Həmin dövrdən başlayaraq, nümayəndəliklə bağlı iddialar rədd edilmişdir.

Аyәtullаh Mәkаrim Şirаzi, Аyәtullаh Cәfәr Sübhаni


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter