Bu məşhur zikr yoxsulluğu aradan aparar, itən şey tapılar, dua və hacətin qəbul olunmasına səbəb olar!


Salavat – ən üstün zikrlərdəndir ki, Məsumlarımız (ə) onu deməyi bizlərə çox tövsiyə ediblər. Hər kim bu zikri hər gün deyərsə və ixlaslı olarsa, dünya və axirət bəhrələrinə çatar. Salavatın dünya bəhrələri ilə tanış olaq.

1. Dua yerinə yetər. İmam Sadiq (ə) buyurur: “Həmişə dua ilə onun yerinə yetməsi arasında pərdə olar. Muhəmmədə (s) salavat göndərilməyənəcən o pərdə aradan qalxmaz”.

2. Hacət yerinə yetər. Həzrət Peyğəmbər (s) buyurur: “Sizin mənə salavat göndərməyiniz, sizin hacətlərinizin yerinə yetməsinə səbəb olar. Allahı sizdən razı salar və əməllərinizi pak və pakizə edər”.

3. Yoxsulluğu aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Salavat göndərmək, yoxsulluğu aradan aparır”.

4. Unutqanlığı aradan aparır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bir şeyi unutsa, mənə salavat göndərsin ki, o mövzu yadına düşsün”.

5. Salamatlıq. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Hər kim bir dəfə salavat göndərərsə, Allah salamatlığı onun üçün açar”. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter