Hz Peyğəmbər (s) tövbə etmək üçün hansı dua və zikri oxumağı tapşırır?!


Tövbə zikrinin necə olması barədə Cabir bin Əbdullah Ənsaridən əziz İslam Peyğəmbərinin (s) belə buyurduğu nəlq olunur:

تَعَلَّمُوا سَيِّدَ الِاسْتِغْفَارِ اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي وَ أَنَا عَبْدُكَ وَ أَنَا عَلَى عَهْدِكَ وَ أَبُوءُ بِنِعْمَتِكَ عَلَيَّ وَ أَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي إِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ

“Tövbə və istiğfar etməyin ən alisini öyrənin (və o belədir): “Əllahummə əntə rəbbi, la ilahə illa əntə, xələqtəni və ənə əbdukə və ənə əla əhdikə və əbu`u bini`mətikə ələyyə və əbu`u ləkə bizənbi, fəğfirli, innəhu la yəğfiruz-zunubə illa əntə.”

“Ey Allahım! Sən mənim Rəbbim və sahibimsən! Səndən başqa yaradan (və ibadətə layiq olan) yoxdur! Sən məni yaratmısan və mən Sənin qulun və bəndənəm! Səninlə bağladığım əhd-peymana (layiqli bəndə olacağıma və əmrlərindən kənara çıxmayacağıma) sadiqəm! Etiraf edirəm ki, Sən mənə nemət vermisən (amma mən Sənin hüzurunda günah etmişəm)! Günahlarımın şərindən Sənə sığınıram! Bağışla məni ey Rəbbim ki, həqiqətən, Səndən başqa bağışlayan yoxdur!.”

“Məanil-əxbar”, Şeyx Səduq, səh.140.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter