Məsumların hədisində iki böyük gizli günahın təhlükəsi?!


Məsumların (ə) hədislərindən başa düşülür ki, iki günahın təhlükəsi olduqca çoxdur:

1. Kiçik günahlar; adətən, bəzi dindarlar böyük günahlara əhəmiyyət verdikləri və onlardan qorunduqları halda, kiçik günahlarla belə rəftar etmirlər, ona görə də, ona qurşanmaq təhlükəsi ilə üz-üzə qalırlar.

2. Gizli və insanın özü ilə Allahından başqasının bilmədiyi günahlar.

İmam Əli (ə) buyurur:

اللَّهُمَّ اغْفِرْلى رَمَزاتِ الْالْحاظِ، وَ سَقَطاتِ الْالْفاظِ، وَ شَهَواتِ الْجَنانِ، وَ هَفَواتِ اللِّسانِ؛

“İlahi, işarəli baxışlarımı, boş söhbətlərimi, ürəyimin (yersiz) arzularını və dilimin büdrəmələrini bağışla!” (“Nəhcül-bəlağə”, xütbə 78.)

Bu hədisdə ikinci növ günahdan söz açılır və dua, bağışlanmaq xarakteri daşısa da, həqiqətdə, insanların belə günahlardan qorunması tövsiyə olunur.

İstehza, təhqir, işarəli baxışlar, yersiz işarə və zarafatlar və nalayiq sözlər kimi gizli günahlar möhtərəm insanların abır-həyasını aradan aparır, riya və özününümayiş kimi günahlar da itaət və ibadətlərin qəbulu müqabilində böyük sədə çevrilir.

Bir sözlə, belə günahlardan Allaha pənah aparır və Ondan istəyirik ki, bizim günah və xətalarımızı bağışlasın!

Maide.az – Maarif bölümü


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter