Həzrəti Peyğəmbər (s) bu cürə duanı düzgün hesab etməzdi?!


İslam Peyğəmbəri (s) bir yerdən keçirdi. Bir müsəlmanı gördü ki, dua edərək, belə deyir: “İlahi! Məni camaatdan ehtiyacsız et!

Allahın Peyğəmbəri (s) ona buyurdu: “Bu cürə dua etmə, çünki insanlar gərək bir-biriləri ilə əlaqədə olsunlar və biri-birilərinin ehtiyaclarını təmin etsinlər. Duanı bu cürə et: “İlahi! Məni şərr insanlardan ehtiyacsız et!”
Dua edən şəxs ərz etdi: Şərr və ziyan verici insanlar kimlərə deyilir?!

Hz Peyğəmbər (s) buyurdu: “(Şərr insanlar o kəslərdirlər ki)
1-Onlar bir şeyi bağışlayanda, minnət qoyarlar!
2-Əgər bir şeyi bağışlamaq istəməsələr, qarşı tərəfdə eyb tutmağa çalışarlar! (Bu məqsədlə ki kömək etməmələrinə bəhanə tapsınlar)

Eləcə də fitnə (imtahanlar haqda da bu məzmunda hədis nəql olunmuşdur: Bir şəxs dua edərdi: İlahi! Sənə sığınıram fitnədən!
Məsum ona belə buyurdu: “ Bu cürə dua etmə! Çünki, bizim hamımız ilahi sınağdayıq. Bəlkə dua edəndə belə denən: “İlahi! Fİtnə və imtahanların azdırıcı cəhətlərindən Sənə sığınıram.”
Mənbə: Dastane-dustan kitabı, cild-1, səh: 113


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter