Övladın cinsi, ömür müddəti, ruzisi nə vaxt müəyyən olunur?


Muhəmməd ibni İsmayil nəql edir: “İmam Cavada (ə) dedim: “Qurbanın olum! Tanişlarımdan olan biri hamilə olan xanımı üçün dua oxuyur ki, sağlam və eyibsiz oğlan övladı dünyaya gətirsin”.



Həzrət (ə) buyurur: “Nütfə bağlandıqdan sonra 4 ay dua etməlidir. Körpə 40 gün nütfə, 40 gün bağlanmış qan, 40 gün ət parçası halında olar. Bu müddət 4 ayda kamil olar.



Sonra Allah Təala yaratdığı iki mələyi seçər və o ikisi deyər: “Pərvərdigara! Hansı mövcud yaradaq: oğlan yoxsa qız? Bədbəxt, yoxsa xoşbəxt?”.

Lazım olunan əmr verilər və o ikisi deyərlər: “Pərvərdigara! Ruzisi necə olacaqdır? Ölüm zamanı nə vaxtdır? Ömür müddəti nə qədərdir?”.



Onlara bəyanlar verilər və ondan sonra (Allahla bağladığı) əhdi iki gözünün arasında qərar tutar. O, onunla baxar. Anasının bətnində davamlı olaraq düz qamətli, başı uca və başı yuxarıya doğru olar o zamana qədər ki, xaric olması yaxınlaşar.

Allah Təala mələk seçər və o, uşağı rəhmdən xaric olmaq üçün şiddətlə itələyər. Körpə dünyaya gələr və bağlanan əhd yadından çıxar”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, övladı yolda olar (yəni, ana bətnində) əgər adını Muhəmməd və ya Əli qoymasını niyyət edərsə, Allah ona oğul övladı verəcəkdir”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter