Orucun fəziləti haqqında bir neçə hədis


Orucun fəziləti haqqında bir neçə hədis
1-İmam Sadiqdən (ə) nəql olunan hədislər deyilir: “Ən üstün cihad (Allah yolunda çətinliyə dözmək) isti havada oruc tutmaqdır!” (1)
2-Həzrəti Peyğəmbər (s) nəql olunur: “Adəm övladtının bütün əməlləri özü üçündür, Yalnız Orucdur ki, mənim üçün yerinə yetirilər və mən onun əvəzini verərəm.” (2)
3-Hz Peyğəmbərdən (s) nəql olunur: “Hər bir şey üçün (giriş üçün) qapı vardır, ibadətin (bəndəliyin) qapısı isə orucdur.” (3)
4-Həzrəti Muhəmməd (s): Oruc tutmaq mömin üçün qiyamətdə (cəhənnəm atəşi qarşısında) qalxandır.
5- İmam Baqir (ə) nəql olunan hədisdə deyilir: “İslam dini (müsəlmanlığın şərti) beş əsas üzərə qurulmuşdur: - Namaz, Zəkat, həcc, oruc və İlahi rəhbərlərin vilayətini qəbul etmək.” (4)

1-Biharul-Ənvar, cild- 96, səh: 256 hədis: 38
2- Yenə orada, səh: 249, hədis: 14
3 və 5- Məhəccətül-Bəyza kitabı, cild-2, səh: 122
4- Biharul-Ənvar, cild- 96, səh: 249 hədis: 14-sualcavab.ge


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter