Mübarək Ramazan ayında niyə xurma yeyilir?


Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, Ramazan ayında iftar süfrələrinin əvəz olunmaz neməti yenə də xurma olacaq.

Müqəddəs Qurani-Kərimdə də adı keçən xurma, olduqca faydalı bir qidadır.



Alimlərin apardığı araşdırmalarda xurmanın ürək xəstəliklərinə və mədə narahatlıqlarına qarşı müsbət təsirlərinin olduğu aşkarlanıb.



Bəs nə üçün Ramazan ayında xurma yeyirik?



Vətəni Ərəbistan yarımadası və Şimali Afrika olan xurma barədə Peyğəmbərimiz (s) belə demişdir: \"Möminin obaşdan yeməyinin xurma ilə olması, nə gözəldir\"; \"Oruclu xurma ilə iftar etsin. Çünki xurma bərəkətlidir\".



Xurma zülal və karbohidrat tərkibinə malik tək meyvə kimi də tanınır. Bu səbəbdən iftar və obaşdan qidalanması baxımından insanların bütün ehtiyaclarını təmin edir.



B1 və B2 vitaminləri olan xurma, qaraciyərin güclənməsini də təmin edir.



Xüsusilə Ramazan ayında istehlak edilməsinin digər bir səbəbi isə, xurmanın halsızlığı aradan qaldırmasıdır. Bu baxımdan iftarı xurmayla açmanın insan sağlamlığına müsbət təsirləri var./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter