İmam Zaman ağanın (ə) neçə cür elmi vardır?


İmam Zaman ağa (ə.f) buyurur: “Biz Əhli-Beytin (ə) elmi üç növdür: keçmişə, gələcəyə və indiyə aid olan elmlər.
Keçmişə aid olan elm – təfsirdir.
Gələcəyə aid olan elm – xüsusi elmdir.
İndiyə aid olan elm – qəlbə salmaqdır. Qulaqlara zümzümə etməkdir. Bu hissə bizim ən üstün elmimizdir. Bizim Peyğəmbərdən (s) sonra başqa rəsul gəlməyəcəkdir”.


İmam Məhdi (ə.f) bu mübarək cavabı Əli ibni Muhəmmədin elmlə bağlı sualına vermişdir.

Mərhum Məclisi bu üç elmin şərhi barəsində buyurmuşdur: “Keçmiş elm odur ki, Peyğəmbər (s) onu öz Əhli-Beyti (ə) üçün bəyan və təfsir etmişdir. Bu, keçmiş ümmətlərə və peyğəmbərlərə aid olan elmdir. Yəni, onların başına nələr gəlmişdir və keçmişdə hansı peyğəmbərlər (ə) olmuşdur.

Gələcəyə aid olan elm isə o elmdir ki, mütləq gələcəkdə həyata keçəcəkdir. Bu, ancaq Əhli-Beytə (ə) aid olan xüsusi elmdir.

İndiyə aid olan elm o elmdir ki, məxluqların halını dəyişdirə bilir. Bu zaman İlahi ilham mələk olmadan ona çatır.


Üçüncü elmin fəzilətli olmasının səbəbi bundadır ki, bu İlahi ilham ancaq Əhli-Beytə (ə) aiddir. Bəziləri düşünə bilər ki, İlahi ilham ancaq peyğəmbərlərə (ə) edilir. İmam (ə.f) bu şəkki aradan qaldırmaq üçün sonda buyurur ki, bizim Peyğəmbərdən (s) sonra rəsul olmayacaqdır, yəni o, xatəmdir”. (İslami saytlara istinadən)/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter