Şaban ayında hansı günlərdə oruc tutmaq insana dünya və axirətdə 40 hacət qazandırar?!


Şəban ayında ən çox tövsiyə olunan ibadətlərdən biri də orucdur. Bəndə bu ayda oruc tutaraq, ruhunu və canını paklayar və bu halda Ramazan ayına daxil olar.



Həzrət Peyğəmbər (s) buyurur: “Şəban ayının hər cümə axşamı günündə səmanı bəzəyərlər. Mələklər deyərlər: “Pərvərdigara! Bu gün oruc tutanları bağışla. Onların duasını yerinə yetir!””.



Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Hər kim bu ayın ancaq bir gününü oruc tutarsa, Allah onun bədənini cəhənnəm atəşinə haram edər”.



İmam Baqir (ə) buyurur: “Şəban ayının orucu – peyğəmbərlərin (ə) və onların davamçılarının orucudur. Ona görə də hər kim Şəban ayında oruc tutar, Peyğəmbərin (s) bu çağırışına “Ləbbeyk!” demiş olar. Həzrət (s) buyurur: “Allah rəhmət etsin o kəsə ki, mənə mənim ayımda yardım edər””.



Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Şəban ayının bazar ertəsi və cümə axşamı gününü oruc tutarsa, 20 dünya hacəti və 20 axirət ehtiyacı yerinə yetər”. (Beytutə)

Əmirəl-möminin (ə) buyurur: “Şəban ayının orucu daxili vəsvəsələri və qəlbin pərişanlığını və təşvişini aradan aparar”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter