Bir kəs valideynini incidibsə və o, rəhmətə gedibsə, necə razı salsın?


Ağvalideyn olmaq dedikdə, övladın ata və anasına əziyyət verməsi, onları dili və rəftarı ilə incitməsi nəzərdə tutulur. Ağvalideyn olmaq “uquq” sözündən götürülmüşdür ki, mənası “kəsilmək” deməkdir. Yəni, ağvalideyn olmaq – onlarla qohumluq əlaqələrinin mənəvi baxımdan kəsilməsi deməkdir. Ona görə də sileyi-rəhmi qət edənlərin aqibəti, artıqlaması ilə ağvalideyn olanlara da şamil edilir.



Ağvalideyn olmağın gətirdiyi ziyanlarla tanış olaq:

- Allahın və Peyğəmbərin (s) qəzəbinə səbəb olar.

- Namazın qəbul olmasına mane olar.

- Tövfiqi aradan aparar və işləri düyünə salar.

- Duası qəbul olmaz.

- Yoxsulluq gətirər.

- Tez ölməsinə səbəb olar.

- Dünya əzabına və qəminə səbəb olar.

- Allah onunla danışmaz.

- Allah ona rəhmət nəzəri salmaz.

- Ağvalideyn – unudulmuşlardan olar.

- Behişt ona haram olar.



Bəs nə edək ki, bu ziyanları aradan qaldıraq?



1. Gərək valideyni əmin edəsən ki, bir daha o cür rəftar etməyəcəksən.

2. Valideynin sizdən ürəyi sındığı üçün, onun könlünü almağa və razı salmağa çalışın.

3. Ona hörmət edərək və ədəb göstərərək, qəlbini yumşaldın və sizi bağışlamasını istəyin. (Beytutə)



Əgər ağvalideynlik etdiyiniz əziz insan vəfat edibsə:



1. Sağ olan zaman ona vacib qəza namaz, oruc və zəkatlarını yerinə yetirməyə çalışın.

2. Vəsiyyət etdiklərinə əməl edin.

3. Onları heç bir zaman unutmayın. Onlar üçün çoxlu bağışlanma və rəhmət istəyin./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter