İmam Həsənİn (ə) sülhünün və İmam Hüseynİn (ə) savaşının fəlsəfəsİ nədİr?


Cavab: Uyğun sülh və savaşın əsrarını araşdırmaq üçün imam Hüseynin (ə) qiyamının və imam Həsənin (ə) sülhünün tarixi xüsusiyyətləri, hər iki şəxsin yaşadığı dövrün şəraiti nəzərə alınmalıdır. Müaviyə ilə oğlu Yezid arasında elə bir əhəmiyyətli fərq var olmasa da, tarix şahiddir ki, Müaviyə mühafizəkar bir şəxs olmuş və öz çirkin işlərini hiyləgərliklə xoşagəlimli şəkilə salmışdır. Siffeyn döyüşündə Quranların nizəyə taxılması və bu hiylə ilə labüd məğlubiyyətin qarşısının alınması Müaviyənin hiyləgərliyinin bir nümunəsidir. Amma onun səriştəsiz canişini Yezid İslam üsulunda əqidəsiz olmaqla yanaşı siyasət və idarəçilik qabiliyyətindən də tamamilə məhrum olmuşdur. Ona görə də Yezid zahirən də olsa, hansısa çərçivəni gözləməmiş, İslam qanunlarını açıq-aşkar ayaq altına almış, İslam müqəddəslikləri ilə düşmənçilik etmiş, bir sözlə, həddini aşmışdı.
Belə bir şəraitdə müsəlmanlar Bəni-Üməyyə hakimiyyətinə qarşı qiyam qaldırmaq və bu zalım rejimi devirmək fikrində idilər. Belə bir məqamda imam Hüseynin (ə) qiyamı son zərbə kimi öz işini gördü və Bəni-Üməyyə ailəsinin iç üzü açıldı. Nəticədə, ümumi ictimai fikirdə İslam qəti qələbə çaldı və Bəni-Üməyyə öz mövqeyini itirdi. Müaviyənin dövrü isə belə deyildi. Alimlər bildirirlər ki, imam Həsən (ə) Yezidin dövründə yaşasaydı, o da qiyam edərdi. Eləcə də, imam Hüseyn (ə) Müaviyənin dövründə olsaydı, sülh bağlayardı. İmam Hüseynin (ə) öz qardaşı imam Həsəndən (ə) sonra Müaviyə qarşısında on il səbr etməsi deyilənlərə aşkar sübutdur. İmam Hüseyn (ə) həmin on ildə müharibədən çəkindi və yalnız Müaviyə öldükdən sonra mübarizəyə qalxdı. İmam Hüseyn (ə) Yezidə beyət etməkdən imtina edərək ona savaş elan etdi. Həzrət Kərbəla meydanında son damla qanı tökülənədək İslamın əzəməti, çirkin əllərin kəsilməsi yolunda cihad etdi. Deyilənlərdən aydın olur ki, zahiri ölçülərə riayət edən Müaviyə qarşısındakı səbr də günahsız müsəlmanların həyatını qorumaq məqsədi daşımışdır. Həmin bu on ildə imam Həsən (ə) və imam Hüseynin (ə) səbr etməsi acizlik deyildi.
Deyilənlərdən əlavə ediləsi digər bir mövzu Müaviyə dövründə aparılan xarici siyasətin imamları sülhə vadar etməsi idi. Həmin dövrdə şərqi rum imperatoru müsəlmanlar arasındakı daxili çəkişmələri çox diqqətlə izləyir və İslam məmləkətinə hücum etmək üçün fürsət axtarırdı. İmam Həsənin (ə) Müaviyə ilə müharibə aparması Rum imperatoru üçün gözəl fürsət ola bilərdi. Belə bir hadisə baş versəydi, İslama ağır zərbə vurulacağı labüd idi. Belə bir şəraitdə imam Həsənin (ə) Müaviyə ilə sülh bağlaması və düşməni əməldə yerinə oturtması zəruri idi.

Аyәtullаh Mәkаrim Şirаzi, Аyәtullаh Cәfәr Sübhаni


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter