Qurani Kərimdə İlk və son nazil olan ayələr hansılardır?


Müsəlmanların əksər hissəsi, istər Əhli-Beyt (ə) davamçıları olsun, istərsə də əhli-təsənnün – bu fikirdədir ki, Quranın ilk ayələri Həra dağında nazil olmuşdur. Bu da “Ələq” surəsinin ilk üç və ya beş ayəsi olmuşdur. (Erfan)

Ancaq bundan savayı üç nəzər də mövcuddur.

1. Bəzi nəzərlərə görə, Həzrət Peyğəmbərə (s) ilk nazil olan ayə “Muddəssir” surəsindən olmuşdur və bu nəzəri belə bir hədisə istinadə edərək, bəyan edirlər. Cabir ibn Abdullah nəql etmişdir: “Peyğəmbər (s) mənə buyurdu: “Mən Həra dağında idim, mağaradan xaric olan zaman (Dərə) vadisinə daxil oldum. Səs eşitdim və ərafıma nəzər saldım (ancaq bir şey görmədim). Bu zaman səmaya nəzər saldım və anidən Cəbrayili (ə) gördüm. Titrəməyə başladım, sonra Xədicənin (s.ə) yanına getdim və mənim əmrimlə məni libasa bürüdülər. Bu halda idim ki, belə bir ayə nazil oldu: (1) Ey, libasına bürünmüş və ey, gecə əbasını başına çəkmiş (və ey, nübuvvət libasını canına və kamal libasını ruhuna geyindirən). (2) Qalx və (ins və cin mükəlləflərini) qorxut!”.

2. Bəzilərinin nəzərinə görə, Peyğəmbərə (s) nazil olan ilk ayə “Həmd” surəsindən olmuşdur.

3. Bəzilərinin nəzərinə görə isə, nazil olan ilk ayə “Bismilləhir-Rahmənir-Rahim!” olmuşdur.

Nazil olan son ayə.

Hədislərimizin nəql etdiyinə görə, Həzrət Peyğəmbərə (s) nazil olan son ayə “Nəsr” surəsindən olmuşdur. Nəql olunur ki, bu surə Həzrətin (s) rehlətindən iki il əvvəl nazil olmuşdur. Ona görə də deyə bilərik ki, bu surə “Tövbə” surəsindən sonra nazil olmuşdur.

Bəzilərinin nəzərinə görə isə, son nazil olan ayə Qədir-Xum hadisəsi ilə bağlı olan bu ayədir: “Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim”. (“Maidə” 3).

Beləliklə, hədislərimizə istinad edərək, belə nəticəyə gəlmək olur ki, bir dəfəyə nazil olan son kamil surə “Əsr” surəsi olmuşdur. İlk ayələri nazil olan son surə “Tövbə” surəsi olmuşdur. Peyğəmbərə (s) nazil olan son ayə isə “Maidə” surəsinin 3-cü ayəsi olmuşdur. Çünki məhz bu ayə ilə din kamilləşmiş və Allahın neməti insanlara tamamlanmışdır./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter