Həzrət Məhdİnİn (ə) uzun ömürlü olmasının sİrrİ nədİr?


Uzun ömürlülük və qeyb dövrü fəlsəfəsi çoxlarının verdiyi sualdır. Əlbəttə, onlar qeybə iman gətirmək əsasında verilən cavabları qəbul etmirlər və istəyirlər ki, cəmiyyətə hakim olan mövcud dəyərlər əsasında cavablar alsınlar. Nəticədə həzrəti Məhdinin (ə) inqilabının və vədə verilən günün necəliyini qeybət dövrünün fəlsəfəsi və səbəbləri baxımından dərk edə bilsinlər. Buna görə də hal-hazırda imanımızda mövcud olan əqidə yönlərini nəzərə almadan aşağıdakı üslubda lazımi cavabı təqdim edirik:
Uzun ömürlülük və qeybət gələcək üçün ehtiyatda saxlanılan bir rəhbərin vədə verilən gündə intizarını çəkdiyimiz inqilabı gözəl və layiqli şəkildə yaratması, öz rəhbərliyini, fəaliyyət və hədəflərini sona çatdırması üçündür?
Belə bir dərin və əsaslı inqilab xüsusi ruhi hazırlıq tələb edir ki, dünyanı tamamilə dəyişdirə biləcək bir rəhbər ona malik olmalı, bütün vücudu ilə öz ideologiyasının üstünlüyünü, habelə məhv etmək üçün qiyam etdiyi müxtəlif sistemlərin kiçik və əhəmiyyətsiz olduğunu hiss etməlidir. İnqilab rəhbəri fəsad baş vermiş cəmiyyətin puçluğu ilə nə qədər çox ünsiyyətdə olsa, həmçinin öz zəmanəsində mövcud olan mədəniyyətlərin təkamülü yolunda çox zəif və kiçik olmasından agah olsa, o mədəniyyətlərlə qarşılaşıb onunla mübarizə aparmaqda və qələbə çalmaqda bir o qədər də ruhi cəhətdən qüdrətli olacaqdır. Aydındır ki, bu ruhi qüdrətin səviyyəsi o rəhbərin rastlaşdığı müxtəlif eniş-yoxuşlar və dəyişikliklərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, həddindən artıq nəhəng və eyni zamanda yaramaz olan mədəniyyəti məhv etmək böyük bir qüvvə, ruhi və mənəvi bacarıq tələb edir. İndi belə bir nəticəyə çatırıq ki, həzrət Məhdinin (ə) vəzifəsi vədə verilən gündə zülm ilə dolmuş dünyanı dəyişdirmək olduğundan və bu dəyişiklik bütün yönlərə aid edildiyindən, habelə bütün ictimai sistemləri, dəyərləri əhatə edəcəyindən, təbiidir ki, o bu dünyaya hakim olan ruhi duyğulardan böyük bir sərmayə almalı və özü də məhv etmək üçün qiyam etdiyi dünyanın yetirmələrindən olmamalıdır. Çünki hər kəsin təfəkkürü müəyyən bir mədəniyyətin əsasında möhkəmlənib tərbiyə alarsa və o mədəniyyət bu cəmiyyətin bütün yönlərinə hakim olarsa, həmin şəxsin qəlbinə qorxu hissi düşür. Çünki o, doğulduğu zamanda və uşaqlıq dövrlərində mühiti və mədəniyyəti qalib, amansız və inadkar tanımış, dünyaya göz açdığı zamandan etibarən o mədəniyyətin müxtəlif təzahürlərindən başqa bir şey görməmişdir. Amma o, bir tarixin qəlbinə nüfuz edərsə və mövcud mədəniyyətin formalaşmasından qabaq o dünyada yaşayıb və ondan başqa böyük mədəniyyətləri görmüş olsa, bundan da əlavə, bütün bu mədəniyyətlərin aqibətini tarixin səhifələrində oxumaqla deyil, öz gözləri ilə müşahidə edərək bu mədəniyyətin yaranması, inkişafı və genişlənməsini görmüşsə, gərək vədə verilmiş gündən əvvəl bəşər dastanının son hissəsi olsun.
O, dərinliklərində üzmək istədiyi bütün mədəniyyətlərin içərisində çox ayıqlıq və huşyarlıqla yaşamış, onlarla birgə irəliləmiş, tarixin səhifələrində yazılan sətirlərin arasında deyil, əksinə tarix boyu və tarixlə eyni zamanda bu hadisələrə baxmış və tanımışdır. Məhz bu dəlilə əsasən cəmiyyətdə mövcud olan hakim mədəniyyətin qələbəsini və onun labüd olmasını qəbul etməyəcək. Və ona Russo nəzərindən baxmayacaq. O (Russo) Fransada səltənət və padşahlığı labüd bir məsələ kimi qeyd edirdi.
Məgər «Kəhf» surəsini oxuyaraq ondakı cavanların sərgüzəştini mütaliə etmədinmi?
...Onlar öz Pərvərdigarına sığındılar və Allah onları hidayət etdi. Onlar böyük bir bütpərəstlik sistemi ilə üzbəüz idilər. O sistem rəhmsizliklə cəmiyyətə hökmranlıq edir və yeganəpərəstləri öldürüb məhv etməkdə, müşriklik uçurumundan xilas olmaq təfəkkürünün kökünü kəsməkdə heç nəyi əsirgəmirdi. Onların ruhları qəm-qüssəyə düçar oldu və bu qəm-qüssə xora xəstəliyi kimi ruhlarını tutdu. Ümid qapıları gözlərinin önündə bağlandı.
Müxtəlif çıxış yollarını sınaqdan keçirdikdən sonra orada qalmaqdan cana doydular. Batilin həmişə hökmranlıq və zülm etməsinə, haqqa qalib gəlməsinə, mühiti, qəlbləri haqq yolunda döyünən kəslərin hamısından təmizləmək istədiyinə görə heç vaxt, heç bir vəchlə dözə bilmirdilər.
Bu zaman Allahın onlarla nə etdiyini gördünmü?
Onlara sığındıqları mağarada 309 il şirin yuxu verdi və sonra həyat səhnələrini göstərmək üçün ayıltdı.
Onlar yuxudan ayıldıqda, yaşadıqları dövrdə cəmiyyətə hakim olan zorakılıq və zülm artıq məhv olub aradan getmişdi. Həmin hadisələr yalnız tarix kitablarında bir tarixi hadisə kimi qeyd olunurdu, heç kəs onu eşitdikdə qorxmur, bədəni lərzəyə düşmür və qəlbi qorxudan döyünmürdü.
Bütün bunlar bu məqsədlə edilmişdi ki, pak təfəkkürlü mağara cavanları zülmün, batilin uzun müddət bacarıqlı və qüdrətli halda qaldıqdan, onlar üçün böyük cilvələndikdən sonra məhv olmasını görsünlər. Nəhayət bunu öz gözləri ilə gördülər və batilin heybəti onların qəlblərində daha da kiçildi.
Əshabi-Kəhf üçün baş verən bu hadisə intizarı çəkilən rəhbər üçün də baş verməlidir ki, onun üçün təyin olunmuş uzun ömür əsnasında:
dərin okeanlara sadəcə kiçik çala olduğu bir vaxt;
böyük bir ağaca toxum halda, dənə olduğu bir vaxt;
uzun müddətli ruzigara yalnız canlıların yaşadığı bir dövran kimi baxsın.
Məhdi (ə) şəxsən tarix boyunca yaşamış, onun dərinliklərinə nüfuz etmiş və öz heybəti ilə tarixə nur saçıb qüvvə vermişdir. Buna görə də onun qəlbi aşağıda gətirilən hisslə doludur: Ətrafda olan sistemlər və mədəniyyətlər tarixin müəyyən dövründə baş vermiş hadisələrdən irəli gəlmişdir; Bunlar onu quran şəxsin məqsədi əsasında vücuda gəlmiş, onu məhv etmək fikrində olan şəxsin məqsədi ilə də aradan getmişdir; Mədəniyyətlərin davam gətirmə müddəti nə qədər uzun olsa da tarixlə müqayisədə çox qısa bir prosesdən başqa bir şey deyildir.
Digər tərəfdən, müxtəlif mədəniyyət və hərəkatlarla qarşılaşmaq, onları görmək nəticəsində yaranan təcrübələr və sınaqdan keçməsi həzrət Məhdiyə (ə) nəsib olmuşdur və bu onun vədə verilmiş gündə rəhbərlik üçün ruhi hazırlığı deməkdir. Belə təcrübələr həzrət Məhdini (ə) tarixin müxtəlif mərhələlərində qərar verir, onu ictimai hadisələri qiymətləndirməkdə, tarixin rəng və hiylələrini, amillərini və səbəblərini düzgün dərk etməkdə hazırlayır.
Bunlardan əlavə, zülm ilə dolmuş dünyanı tamamilə, büsbütün dəyişdirmək həmin islami-asimani risalət əsasında qurulmuşdur. Aydındır ki, bu ilahi vəzifənin yerinə yetirilməsi İslami vəhy qaynağına yaxın olan bir İmamın varlığını tələb edir ki, o yetkin, kamil və müstəqil şəxsiyyətdən bəhrələnsin və vədə verilmiş gündə mübarizə aparmalı olduğu mədəniyyətlərin təsirindən amanda qala bilsin. Amma həmin mühitlərdə doğularaq böyüyüb boya-başa çatan, habelə düşüncə və təfəkkürü o mühitlərin çərçivəsində formalaşan şəxslər kimi olmamalıdır.
Belə bir şəxs adətən, cəmiyyətə hakim olan qayda-qanunlardan, dəyər və meyarlardan uzaqda qalır. Deməli, intizarı çəkilən rəhbər bir tərəfdən kökündən dəyişdirməli olduğu həmin mövcud mədəniyyətlərin təsirindən amanda qalmalı, digər tərəfdən də vücud və şəxsiyyəti kamil şəkildə, əvvəlki mədəniyyətlərin bütün mərhələlərində elə qurulmalıdır ki, istər əsil yöndən, istərsə də ruhi cəhətdən öz rəhbərlik edəcəyi və gerçəkləşməsi üçün qiyam edəcəyi bir mədəniyyətə daha yaxın olmuş olsun.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter