Qurani-Kərimi neçə saata oxuyub bitirmək mümkündür?


Qəzzadan olan Quran hafizi Vasim Nadal Qurani-Kərim kitabını fasiləsiz oxumaqla 11 saata xətm edib.

Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, o, Qurani-Kərim kitabını Fələstinin siyasi xadimlərinin və Quran xatiblərinin hüzurunda 11 saata oxuyub. Nadal bir müddət bundan əvvəl \"Dar el-Quran\" seminariyasını bitirib. O, Qurani-Kərim kitabını 11 saata oxumaqla rekorda imza atıb. Nadal, səhər 11-də Qurani-Kərimi
oxumağa başlayıb və axşam namazına bitirib.

Müşahidə qrupunda Fələstinin aparıcı HƏMAS təşkilatının siyasi bürosunun üzvü Ruhi Moştaxi də iştirak edib.




© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter