Möminlərin ucalacağı, kafirlərin alçalacağı gün nə zaman gələcək?!


Kafirlər təkəbbür və qürur taxtından aşağı çəkiləcək

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ إِذَا وَقَعَتِ الْوَاقِعَةُ لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ خَافِضَةٌ رَافِعَةٌ

\"Vaqiə qopacağı zaman onun qopduğunu heç kəs dana bilməz. O (kafirləri) alçaldacaq, (möminləri də) ucaldacaqdır.\" (Vaqiə, 1-3).

İzah: Qiyamət elə bir gündür ki, zahiri dünya məqam və üstünlükləri sona çatacaq və hər kəs öz gerçək yerini görəcəkdir. (Dünyada təhqir olunan) möminlər əziz və hörmətli olacaq, (dünyada zahiri şövkət və cah-calal sahibi olan) kafirlər təkəbbür və qürur taxtından aşağı çəkiləcək, öz gerçək yerlərini anlayacaqlar.

Hədis: İmam Səccad (ə) – yuxarıdakı ayələrdə sözügedən Qiyamət vəsflərini izah edərkən – : “Qiyamət günü Allahın düşmənlərini Cəhənnəmə doğru aşağı çəkəcək, Allahın dostlarını isə Cənnətə doğru yuxarı çəkəcəkdir.” (Biharul-ənvar, c. 70, səh. 92)./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter