İmam Hüseyn (ə) niyə zəvvar cavana “Əhsəntu” dedi?


Ayətullah Muhəmmədrza Birucerdi nəql edir: “Məşkur ağa yuxuda görür ki, İmam Hüseynin (ə) hərəminə getmişdir. Orada olanların hamısı ziyarətlə məşğul idilər. Bir neçə nəfərdən başqa ki, onlar heyvan simasında idilər.

Bu zaman hərəmə bir cavan daxil olur və deyir: “Əssəlamu əleykə, ya Əba Abdullah!”. O Həzrət (ə) cavab verir: “Əleykə səlam, əhsəntu”.

Məşkur ağa yuxudan oyanır və hərəmə tərəf yollanır. O, deyir: “Hərəmin mənzərəsini yuxumda olduğu kimi gördüm. Əlbəttə, hamı insan qiyafəsində idilər. Ancaq insanlar o insanlar idi ki, yuxuda görmüşdüm.

Bir qədər keçəndən sonra həmin cavan gəldi və salam verdi. Ancaq mən salamın cavabını eşitmədim. Həmin cavana yaxınlaşdım və yuxumu ona danışdım. Cavan dedi: “Bu yuxu mənim üçün mühüm deyildir”. Soruşdum ki, niyə mühüm deyildir? O, dedi: “Mən Həzrətin (ə) cavabını eşitdim”. Soruşdum: “Siz nə etmisiniz?”. Cavan dedi: “Mən hər cümə axşamı Həzrəti (ə) ziyarət etmək üçün gəlirəm və hər dəfə də ata və anamı hərəmə gətirirəm.

Bir dəfə atam və anamla hərəmə gələn zaman atam yıxıldı və ayağını incitdi. Ancaq yenə də hərəmə gəlmək istədi və mən də onu belimə alıb, gətirdim. Ona görə də Həzrət (ə) mənim salamımın cavabını alandan sonar buyurdu: “Əhsəntu””./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter