İmam Zaman ağada (ə.f) 5 peyğəmbərin (ə) 5 xüsusiyyəti vardır!


İmam Baqir (ə) buyurur: “Ali-Muhəmmədin (ə) Qaiminin (ə.f) müqəddəs varlığında beş peyğəmbərin (ə) beş sifəti vardır. O peyğəmbərlər (ə) ibarətdir: Yunus (ə), Yusif ibni Yəqub (ə), Musa (ə), İsa (ə), Həzrət Muhəmməd (s).

Həzrətin (ə.f) Yunusa (ə) bənzərliyi ondadır ki, bir qeybdən sonra öz qövmünə tərəf qayıdacaqdır. O halda ki, çox illər keçməsinə baxmayaraq, cavan qalacaqdır.

Yusifə (ə) bənzərliyi – Həzrətin (ə.f) onu tanıyan dost və tanışlarının arasında olmamasıdır. Halbuki, Yusif (ə) çox uzaqda deyildi, onunla atası, qohumları və davamçıları arasında az fasilə var idi. O, qardaşlarını tanıyırdı. Ancaq onlar onu tanımırdılar, halbuki, hüzurunda olurdular və onunla söhbət edirdilər.

Həzrət Musaya (ə) bənzərliyi ondadır ki, doğumu gizli olmuşdur. Davamçıları o gələnə qədər əziyyət və narahatlıq içində olmuşdular. O, uzun müddət öz qövmündən qeybdə olmuşdur, o zamana qədər ki, Allah ona zühur icazəsini vermişdi. Ona düşmənlərinə qalib gəlməkdə yardım etmişdir.

İmam Zaman ağanın (ə.f) Həzrət İsaya (ə) bənzərliyi ondadır ki, Həzrət İsanın (ə) qeybində insanlar çox söz deyirdi və aralarında nəzər ayrılıqları var idi. O yerə qədər ki, bəziləri deyərdi: “Bu cür insan əslində dünyaya gəlməyəcəkdir”. Bəziləri deyirdi ki, o, dünyasını dəyişmişdir. Bəziləri isə onun qətl olunduğunu söyləyirdilər.



Həzrətin (ə.f) cəddi Muhəmmədə (s) bənzərliyi onda idi ki, o, İlahi Rəsul (s) düşmənlərinə qarşı qılınc çəkmişdi və ədalətli İslam dövlətinin yayılmasına böyük təşəbbüs göstərmişdir. Peyğəmbər (s) İslamın and içmiş düşmənlərini Allahın izni ilə əzmişdi və dövrünün hegemonlarını və zalımlarını diz çökdürmüşdü. Onları zəlil və xar etmişdi.

Allah Təala, İslam Peyğəmbərinə (s) səma mələkləri ilə, müxalif və münafiqlərin qəlbinə dəhşət salmaqla yardım etmişdir o yerə qədər ki, zahirdə heç bir müxalif bayrağı qalmamışdı. Həzrət Məhdinin (ə.f) zühur əsrində də bu cür olacaqdır. O Həzrət, Allahın yardımı ilə bütün düşmənlərinə qalib gələcəkdir”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter