Xİlaskarın İntİzarının hansı İmtİyazları var?


Sünnə əhli həzrət Mehdinin (ə) fərəc intizarını qəbul etsə də, onun dünyaya gəlişinə inanmır. İmamiyyə şiə məzhəbi və bəzi digər İslam məzhəbləri bu əqidədədirlər ki, xilaskar hal-hazırda mövcuddur, əməl və rəftarlarımızı, eləcə də, müsəlmanların problemlərini görür. Bu tərz intizar daha böyük təsirə malikdir və cəmiyyətdə ümid ruhunu gücləndirir. Fərəc həqiqətinə inanan, amma xilaskarın həyatda olduğunu və əməlləri müşahidə etdiyini qəbul etməyən kəs intizardan bir o qədər də faydalanmır. İmamın (ə) dünyada olduğuna inanan kəs isə əmindir ki, çətinliyə düşdükdə İmam (ə.f) onun yardımına yetişəcək. Bu sayaq etiqadın insan ruhiyyəsinə böyük təsiri var. Belə bir təsir sadəcə fərəcə etiqadın təsiri ilə müqayisəyə gəlməz.
Şiələr İmamın dünyada olması ilə müşayiət olunan intizara inandıqlarından tarix boyu məyus olmamış, problemlərə boyun əyməmişlər.
Şiə olan şəxs, həmişə özünü xilaskarla yanaşı hiss edir və bu hiss onun tərbiyə və imanına böyük təsir göstərir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter