Hədislərin tapşırığı: Dua edəndən öncə üç əməli görmək tövsiyə olunur?!


Günahı iqrar etmək tövbə etməyə və günahdan qayıtmağa zəmin yaradır!

قَالَا رَبَّنَا ظَلَمْنَا أَنْفُسَنَا وَإِنْ لَمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ

\"Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq” – dedilər.\" (Əraf, 23).

İzah: Dua qaydalarından biri günahı etiraf etməkdir. Günahı iqrar etmək tövbə etməyə və günahdan qayıtmağa zəmin yaradır, insanın təkəbbür və qürurunun, eləcə də Allaha cəsarət etməsinin kökünü kəsir. Nəql olunan əksər dualarda da buna rast gəlirik. Bu dua həzrət Adəm (ə) və Həvvanın dilindən nəql olunmuş və onların tövbəsinin Allah tərəfindən qəbul olunmasına səbəb olmuşdur. Bəzi rəvayətlərdə yuxarıdakı ifadələrin Adəmin tövbəsinin qəbul olunması üçün Allahdan əxz etdiyi kəlmələr olduğu bildirilmişdir.

Hədis: İmam Sadiq (ə): “Allaha həmd-səna etmədən, Peyğəmbərinə (s) və ailəsinə (ə) salam göndərmədən, günahlarınızı iqrar etmədən Ona dua etməkdən çəkinin.” (Dəəvat, Ravəndi, səh. 23, hədis: 27).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter