İmamların İsmətİ hansı həddədİr?


İmamların isməti hansı həddədir? Onlar təkcə günahdan-mı məsumdurlar, yoxsa digər xətalardan da uzaqdırlarmı? Və ya onların isməti yalnız dini işlərəmi şamil olunur, yoxsa dünyəvi məsələlərdə də xəta və səhvdən uzaqdırlarmı?
Peyğəmbər (s) kimi İmamlara da ismət mərhələlərinin hər sahəsi şamildir. Peyğəmbərin (s) isməti İmamın ismətindən təkcə Peyğəmbərə (s) məxsus olan vəhyin qəbulu və təbliği işində fərqlənir. Bundan başqa bütün məqamlarda ismət eynilə İmama aid olunur. İslam ideoloqları İmamdakı isməti üç sahəyə aid etmişlər: Elm və baxışda ismət, rəftar və davranışda ismət, əxlaqi və nəfsani xasiyyətlərdə ismət.

1. İsmət elm və agahlıqda
Məsumların ən əsas xidmətləri onların elm və agahlıqlarındadır. Bu növ isməti belə izah etmək olar:
a) Dini ehkam və maarifi tanıtmaqda ismət;
b) Dini hökmlərin mövzularını tanımaqda ismət;
c) İslam və bəşəri ictimaiyyətin fəsad və məsləhətlərin təyi-nində ismət;
d) Gündəlik həyat işlərində ismət.

2. Rəftar və davranışda ismət
Bu növ ismət məsumların rəftar və əməllərinə aid olub aşağıdakı sahələrə şamildir:
a) Vacib əməllərin yerinə yetirilməsi və haramların tərk olunmasında ismət;
b) Müstəhəb əməllərin yerinə yetirilməsində və məkruh işlərin tərk olunmasında ismət;
c) Mübah işlərdən faydalanarkən, yəni mübah işlərə əməl edərkən İlahi istəkləri nəzərə almaq.

Əxlaqi sifətlərdə ismət
Əxlaq baxımından məsum olmaq dedikdə, bütün nəfsani istəklərdən və əxlaqi rəzil sifətlərdən uzaq olmaq nəzərdə tutulur. Məsumlar xudbinlik, həsəd aparmaq, paxıllıq, təkəbbürlük və digər bu kimi alçaldıcı sifətlərdən uzaqdırlar. Və həmçinin əqidə alimlərinin nəzərinə əsasən, məsumlar xalq içərisində nifrət qazandıracaq xoşagəlməz sifət və əməllərdən də uzaq idilər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter