Qadının istmətli geyiminin fəlsəfəsi və ona nə faydası nələrdir?


Hicablı qadınlar cəmiyyətdə iffət və ismətlə tanınır...
يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ ذَٰلِكَ أَدْنَىٰ أَنْ يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا

\"Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhimlidir.\" (Əhzab, 59).

İzah: Quranda hicab və naməhrəmə baxmağın haram olması haqqında ondan çox ayə vardır. “جلباب” (cəlbab) – çadra kimi – bütün bədəni örtən geyimdir. Qadının şəxsiyyətinin qorunması, onun cəmiyyətdə layiqli şəkildə hazır olması üçün uyğun zəmin yaradılması, ailənin gücləndirilməsi, cəmiyyətdə fəsadın qarşısının alınması və s. hicaba riayət etməyin nəticələrindəndir. Yuxarıdakı ayədə qadınların hicabın hikməti belə bəyan olunmuşdur ki, hicablı qadınlar cəmiyyətdə iffət və ismətlə tanınır, şəhvətpərəstlər tərəfindən əziyyət olunmurlar. Bu ayəyə nəzərən aydın olur ki, hicab əxlaqi təhlükəsizlikdə çox mühüm rol oynayır.

Hədis: İmam Əli (ə): “Qadının örtünməsi və qorunması onun daha çox asayişdə olmasına və gözəlliyinin davamlı olmasına səbəb olur.” (Qürərul-hikəm, c. 4, səh. 200, hədis: 5820)./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter