Züheyr ibn Qəynin Kərbəlada İmam Hüseyn (ə) qoşununda şəhidliyi haqda Səlman xəbər vermişdi?!


İmam Hüseyn (ə) buyurdu: \"Ey Züheyr, Allah səni qətl edənlərə lənət eləsin!”

İslaminSesi.info - Kərbəla vaqiəsi Allah höccətinin (ə) din düşmənləri ilə savaşi idi. Bu savaşda Züheyr ibn Qəyn kimi böyük ürəkli şəxsiyyətlər İmamın yaninda yer alır, Şimr kimi əsli bəlli omayanlar isə İmamın qarşisinda yer alıblar.

Züheyr Küfənin şərəfli və şücatəli əsilzadələrindən idi. Onun varli həyat tərzi, böyük sərvəti vardi. Lakin o, bunların hamısını Zəhra (ə) övladına fəda etdi. Züheyrin karvanı İmam Hüseynlə (ə) həcc səfrinə gedərkən qarşılaşır. İmam Hüseyn (ə) elçi göndərib öz hərakat səbəbini Züheyrə anladır. Züheyr öncə tərəddüd edir və İmamın görüşünə getməkdən imtina edir. Lakin həyat yoldaşı Dülhəmin “Zəhra oğlu səni çağırır sən getmirsən?” deməsi onu utandırır.


İmamın (ə) xeyməsinə daxil olan Züheyr o Həzrəti (ə) görən kimi təzim edərək beyət edir. Sevinclə karvana qayıdan Zühey xanımına və karvana deyir: “Şəhadət yolunu seçənlər mənimlə qalsın, qalanlar getsin. Bu mənim sizlə son görüşümdür”

Zühey karvan əhlinə bir hadisəni xatırladaraq deyir: Bələncər döyüşündə qənimətlərə sevinməyimi görən Salman Farsi mənə dedi: Ali-Muhəmmədin (s) seyyidlər ağasinin yanında olmaq və onun yanında öldürülmək bundan daha sevinclidir!”

İmam Hüseyn (ə) Tasua gecəsində beyətini geri götürəndə Züher izn istəyərək ayağa qalıx və deyir: Allaha and olsun ki, 1000 dəfə öldürülüb dirilməyə hazıram. Təki Allah səni və Əhli-beytini amanda saxlasın!

Aşura günü Züheyr döyüş üçün izn istəyən ilk şəxslərdən olur. Lakin İmam (ə) hələki onun kufəlilərlə üz-üzə gəlməsini istəmir. Bununla belə Züheyr müdafiədə dayanır, özünü İmamın (ə) ailəsinə hücum edənlər qarşısında qalxan edirdi. Aşura günü zöhr namazından sonra Züheyr, İmamaın (ə) izni ilə döyüşə girir. Düşmən çox böyük bir çətinliklə Züheyrin qarşısında dayana bilirdi, o cox güclü bir döyüşcü idi.

Züheyrin şəhadəti hər kəsi çox üzür və İmam (ə) onun barəsində dua edərək buyurur: “Ey Züheyr, Allah səni öz rəhmətindən kənar etməsin. Allah səni qətl edənlərə lənət eləsin!”/ Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter