Nə üçün biz də sünnilər kimi sübh azanında “əssəlatu xəyrun minənnovm” demirik?


Cavab: Şiə fiqhində və Əhli-beyt (ə) rəvayətlərində belə bir cümlə barədə mə’lumat olmadığından onu azanda demək caiz deyil, bid’ətdir. Amma bə’zi qeyri-mö’təbər sünni mənbələrində bildirilir ki, həzrət Peyğəmbər (s) azanı öyrədərkən sübh namazında bu cümlənin deyilməsini əmr etdi. Bə’zi rəvayətlərdə isə bu cümlənin Ömər və onun oğlu Əbdullah tərəfindən azana artırıldığı bildirilir. Ən əsası isə sünnilərin “Səhihe Buxari”, “Səhihe Müslim” kimi mö’təbər kitablarında bu barədə heç bir mə’lumat verilmir. Dörd sünni məzhəbi yekdil olaraq azanda bu cümlənin deyilməsini müstəhəb hesab edir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter