Həzrət Musanın (ə) qətlə törətməsİ məsumluğuna zidd deyİlmİ?


Qurani-Kərimdə Həzrət Musanın (ə) macərası belə qeyd olunur:
«وَ لَمَّا بَلَغَ أَشُدَّهُ وَ اسْتَوى آتَيْناهُ حُكْماً وَ عِلْماً وَ كَذلِكَ نَجْزِى الْمُحْسِنينَ. وَ دَخَلَ الْمَدينَةَ عَلى حينِ غَفْلَةٍ مِنْ أَهْلِها فَوَجَدَ فيها رَجُلَيْنِ يَقْتَتِلانِ هذا مِنْ شيعَتِهِ وَ هذا مِنْ عَدُوِّهِ فَاسْتَغاثَهُ الَّذى مِنْ شيعَتِهِ عَلَى الَّذى مِنْ عَدُوِّهِ فَوَكَزَهُ مُوسى فَقَضى عَلَيْهِ قالَ هذا مِنْ عَمَلِ الشَّيْطانِ إِنَّهُ عَدُوٌّ مُضِلٌّ مُبينٌ. قالَ رَبِّ إِنِّى ظَلَمْتُ نَفْسى فَاغْفِرْ لى فَغَفَرَ لَهُ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحيمُ. قالَ رَبِّ بِما أَنْعَمْتَ عَلَيَّ فَلَنْ أَكُونَ ظَهيراً لِلْمُجْرِمينَ. فَأَصْبَحَ فِي الْمَدينَةِ خائِفاً يَتَرَقَّبُ فَإِذَا الَّذِى اسْتَنْصَرَهُ بِالْأَمْسِ يَسْتَصْرِخُهُ قالَ لَهُ مُوسى إِنَّكَ لَغَوِيٌّ مُبينٌ. فَلَمَّا أَنْ أَرادَ أَنْ يَبْطِشَ بِالَّذي هُوَ عَدُوٌّ لَهُما قالَ يا مُوسى أَ تُريدُ أَنْ تَقْتُلَنى كَما قَتَلْتَ نَفْساً بِالْأَمْسِ إِنْ تُريدُ إِلاَّ أَنْ تَكُونَ جَبَّاراً فِى الْأَرْضِ وَ ما تُريدُ أَنْ تَكُونَ مِنَ الْمُصْلِحينَ. وَ جاءَ رَجُلٌ مِنْ أَقْصَى الْمَدينَةِ يَسْعى قالَ يا مُوسى إِنَّ الْمَلَأَ يَأْتَمِرُونَ بِكَ لِيَقْتُلُوكَ فَاخْرُجْ إِنِّى لَكَ مِنَ النَّاصِحينَ. فَخَرَجَ مِنْها خائِفاً يَتَرَقَّبُ قالَ رَبِّ نَجِّنى مِنَ الْقَوْمِ الظَّالِمين»؛
“(Musa) yetkinləşib kamilləşəndə (otuz-qırx yaşlarına çatanda) ona hikmət və elm (şəriət elmi) verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! (Musa) şəhərə əhalisi xəbərsizkən (günorta istirahət vaxtı) girdi. Orada iki nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından (yəhudilərdən), digəri isə düşmənlərindən (qibtilərdən) idi. (Musanın) adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu (əli, yaxud əsası ilə) vurub öldürdü və dedi: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir düşməndir, (insanı haqq yoldan) azdırandır!” (Musa) dedi: “Ey Rəbbim! Şübhəsiz ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm etdim. Buna görə məni bağışla!” (Allah Musanı) bağışladı. Həqiqətən, O, (bəndələrini) bağışlayandır, rəhm edəndir! (Musa) dedi: “Ey Rəbbim! Mənə bəxş etdiyin nemət haqqı (günahımı bağışlamağına and içirəm ki,) mən əsla günahkarlara arxa olmayacağam!” Beləliklə, (Musa qibtini öldürdüyündən) qorxaraq səhəri şəhərdə nigaranlıq içində qarşıladı. (Bir də nə görsə yaxşıdır!) Dünən ondan imdad diləyən kəs (bu gün də başqa bir qibti ilə vuruşaraq) fəryad çəkib yenə onu köməyə çağırdı. Musa ona dedi: “Sən (gündə biri ilə vuruşduğun üçün), doğrudan da, açıq-aşkar bir azğınsan!” (Musa) onların hər ikisinin (həm özünün, həm də onu köməyə səsləyən yəhudinin) düşməni (olan bu ikinci qibtini) yaxalamaq istədikdə (həmin yəhudi Musanın ona hücum etmək istədiyini zənn edərək) dedi: “Ya Musa! Sən dünən birini vurub öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən? Sən yer üzündə (Misir torpağında) ancaq bir zalım olmaq istəyirsən! Sən xeyirxahlıq (insanları islah) edənlərdən olmaq istəmirsən!” (Yəhudinin bu sözündən sonra dünən öldürülən qibtinin qatilinin Musa olduğu bütün Misir xalqına bəlli oldu. Bu xəbər Firona çatdıqda o, Musadan qisas almaq istədi). Şəhərin kənarından (Fironun şəhərin ucqarında yerləşən sarayından) bir nəfər çaparaq gəlib dedi: “Ya Musa! Əyan-əşraf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat (şəhərdən) çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!” (Musa) qorxu içində (ətrafına) göz qoya-qoya oradan (şəhərdən) çıxıb: “Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!” – dedi.” (Qəsəs surəsi, 14-21-ci ayələr)
İmam Rza (ə) bu ayənin şərhində Həzrət Musanın (ə) bu hərəkətinin ismətlə ziddiyyət təşkil etməməsini Məmunla danışıq zamanı belə izah edir:
Əli ibn Muhəmməd ibn Cəhəm belə rəvayət edir: Mən Məmunun məclisində idim. Həmin zaman İmam Rza (ə) da orada idi. Məmun Həzrətə dedi: Ey Rəsulun oğlu, səndəmi pey-ğəmbərlərin günahdan məsum olduqlarına inanırsan?
İmam buyurdu: – Bəli.
– Bəs bu ayənin mənası nədir? «فَوَكَزَهُ مُوسى فَقَضى عَلَيْهِ قالَ هذا مِنْ عَمَلِ الشَّيْطانِ» “Musa onu (əli, yaxud əsası ilə) vurub öldürdü və dedi: “Bu, şeytan əməlindəndir.”
– İmam buyurdu: Hadisə belə olub, Həzrət Musa (ə) Fironun şəhərlərindən birinə (münasib olmayan qüruba yaxın bir vaxtda) daxil olur. Həmin zaman iki nəfərin bir-biri ilə əlbəyaxa dava etdiyinin şahidi olur. Onlardan biri tərəfdarlarından, digəri isə düşmənlərindən idi. Allahın hökmü ilə günahkar şəxsə bir zərbə vurur. Həzrətin zərbəsi o şəxsin ölümü ilə nəticələnir. Bu zaman özü-özünə deyir: Bu şeytanın əməli idi. Yəni bu iki nəfərin arasında baş verən dava şeytanın tələləri nəticəsində baş vermişdi. Nəinki mənim öldürməyim, şeytan əməli idi. Necə ki, bəllidir şeytan azdıran bir düşməndir. Bu zaman Məmun deyir: Bəs, nədən Həzrət Musa (ə) o zaman belə söylədi:
«رَبِّ إِنِّى ظَلَمْتُ نَفْسِى فَاغْفِرْ لِى»؛
«Allahım mən özümə zülm etdim, məni bağışla!».
İmam onun cavabında buyurur: «Allahım, mən nədən gərək olmadığı (vaxtsız) bir vəziyyətə düşərək bu şəhərə daxil oldum. «فَاغْفِرْ لِى» (Bağışla məni!). Burada bağışla sözündə məqsəd düşmənlərindən gizlin saxlamaqdır. Həzrət bununla demək istəyirdi ki, Allah onu düşmənlərindən qorusun ki, onu ələ keçirib qisas almasınlar.
«فَغَفَرَ لَهُ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحيمُ»؛
“ (Allah Musanı) bağışladı (gizlətdi). Həqiqətən, O, (bəndələrinə) rəhm edəndir!”
Həzrət Musa (ə) dedi:
«رَبِّ بِما أَنْعَمْتَ عَلَيَّ فَلَنْ أَكُونَ ظَهيراً لِلْمُجْرِمينَ»؛
“Ey Rəbbim! Mənə bəxş etdiyin nemət haqqı (mənə verdiyin bu gücə and olsun ki,) mən əsla günahkarlara arxa olmayacağam!”
«فَأَصْبَحَ فِى الْمَدِينَةِ خائِفاً يَتَرَقَّبُ»؛
“Beləliklə, (Musa qibtini öldürdüyündən) qorxaraq səhəri şəhərdə nigaranlıq içində qarşıladı.”
«فَإِذَا الَّذِى اسْتَنْصَرَهُ بِالْأَمْسِ يَسْتَصْرِخُهُ...»؛
“(Bir də nə görsə yaxşıdır!) Dünən ondan imdad diləyən kəs (bu gün də başqa bir qibti ilə vuruşaraq) fəryad çəkib yenə onu köməyə çağırdı. Musa ona dedi: “Sən (gündə biri ilə vuruşduğun üçün), doğrudan da, açıq-aşkar bir azğınsan!” (Musa) onların hər ikisinin (həm özünün, həm də onu köməyə səsləyən yəhudinin) düşməni (olan bu ikinci qibtini) yaxalamaq istədikdə (həmin yəhudi Musanın ona hücum etmək istədiyini zənn edərək) dedi: “Ya Musa! Sən dünən birini vurub öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən? Sən yer üzündə (Misir torpağında) ancaq bir zalım olmaq istəyirsən! Sən xeyirxahlıq (insanları islah) edənlərdən olmaq istəmirsən!”
Məmun Həzrətin bu izahından razı qalaraq dedi: Allah səni peyğəmbərlər tərəfindən mükafatlandırsın ey Əbəl Həsən.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter