Peyğəmbərlər kİçİk yaşlarından da məsum İdİlər. Nİyə?


Peyğəmbər və İmamların isməti onların uşaqlıq çağlarındandır.
Allah-taala bəndələrini yaradarkən gələcəkdə onların öz seçimləri və ixtiyarları ilə nəfsi istəklərinə qarşı mübarizə apararaq və yaradanlarına itaətkarlıq sayəsində başqalarından üstün məqama yüksələcəklərini öncədən bilir. Ona görə də bir lütf olaraq bu məxsus ismət xüsusiyyətini onlara öncədən bəxş edir. Onlara bağışlanılan bu elm onların gələcəkdəki öz ixtiyarları ilə əldə etdikləri məqamın bəhrəsidir. Bu qabiliyyət onlara əsassız bəxş edilməyibdir.
Bu haqda Nüdbə duasında oxuyuruq:
«اللهم لك الحمد على ماجرى... لنفسك و دينك... بعد ان شرطت عليهم الزهد فى درجات هذه الدنيا الدنية و زخرفها و زبرجها فشرطوا لك ذلك و علمت منهم الوفاء به فقبلتهم و قربتهم و قدمت لهم الذكر العلىّ والثناء الجلى واهبطت عليهم ملائكتك و كرمتهم بوحيك و رفدتهم بعلمك و جعلتهم الذريعة اليك...»؛
“İlahi həmd və səna sənin üçündür: sən onlarla şərt bağladın ki, dünya zinətlərinə etina etməsinlər. (Sənə yaxınlaşmaqda başqa bir şey fikirləşməsinlər) onlar da bu şərti qəbul etdilər. Sən onların öz şərtlərinə əməl edəcəyini öncədən bildiyin üçün onları özünə daha yaxın qəbul etdin. (Həmin ləyaqətlərinə görə) mələkləri onlara nazil etdin, öz vəhyin ilə onlara əzəmət verdin. Özünün ucsuz bucaqsız elmindən onları faydalandırdın.
İsmətin həqiqətinə diqqət edərək məsumların uşaqlıq çağlarından ismətə yiyələnmələrini aşağıdakı bir neçə dəlilə əsasən bəyan etmək olar:

1. Mükafat olaraq ismət
Uşaqlıqdakı ismət böyük yaşlarında öz ixtiyarı ilə əldə olunacaq ismətin öncədən mükafatıdır. Yəni Allah öncədən bir şəxsin gələcəkdə doğru yolu seçərək, yaradanına itaətkarlıq sayəsində və müsbət çalışqanlıqla ismət məqamını əldə edəcəyini bildiyindən həmin şəxsi lütf olaraq öz kölgəsində qərar verir, səhvlərdən uzaq saxlayır.

2. Məsuliyyət üçün ismət
Dini mətnlərdə qeyd olduğu kimi Allah məsumları böyük nübuvvət və İmamət risalətini icra etmək üçün seçmişdir. Belə bir ağır missiyanın camaat tərəfindən qəbul olunması tam inam, etimad tələb edir. Və eləcə də hər cür şəkk və şübhələrin qarşısını almaq üçün İlahi məmuriyyəti yerinə yetirmək zəruridir. Şübhəsiz belə insanların içərisində güvənc və inam o zaman yarana bilər ki peyğəmbərlər hər cür günah və xətadan bütün ömürləri boyunca (hətta uşaqlıqdan) uzaq olsunlar. Heç zaman onlardan nalayiq rəftar üz verməsin. Əks təqdirdə camaat onlara qarşı şübhəli olar və nəticədə nübuvvət və risalət məsələsində şəkkə düçar olardılar.

3. Risalət və İmamət uşaqlıqda
Bəzi peyğəmbər və İmamlar elə gənc və yetkinlik yaşlarından ilahi məmuriyyət əldə etmişlər. Onlar həmin yaşlarından risaləti elan etmiş və bu sahədə zəhmətlər çəkmişlər. Buna görə nübuvvət və İmamət məqamında olarkən ismətin olduğunu sabit edən dəlillər onların gənc yaşlarından həmin ismət xüsusiyyətinin olmasını da isbat edir. Necə ki:
Hz. İsa və Hz. Yəhya (ə) uşaqlıqda peyğəmbərliyə yetişmişdilər.
İmam Cavad (ə) 7 və ya 9 yaşında İmamət məqamına yetişdi.
İmam Hadi (ə) 8 və ya 9 yaşında İmamət məqamına çatdı.
İmam Zaman (ə) 4 və ya 5 yaşında İmamlığa yetişdi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter