Duaların qəbul olmasına mane olacaq bu kimi işləri tərk edin! – İmam Səccad (ə)


İnsanın rəbbinə duası dərin bir etiqad, yüksək bir mərifət, qəti bir təsdiqdir. İslaminSesi.info - “Dua” istəmək mənasındadır. Yəni insanın rəbbindən istəməsi.
Allah Təaladan dua edib istəmək üçün ilk öncə insanın Allaha və Onun qüdrətinə, görən və eşidən olmasına etiqadı olmalıdır. Bu səbəbdən dua dərin bir etiqaddır, yüksək bir mərifətdir (tanımaqdır), bir təsdiqdir. Çünki insan dua vasitəsilə kimdən istədiyini, nə istədiyini bir daha qəlbi və dili ilə iqrar edir.

İnsan hər hansı istək və diləkləri üçün rəbbinə əl açıb dua edir. Öz istəklərini dilə gətirir. Lakin hər zaman insanın istəkləri olmur. Hər zaman etdiyi dua istədiyi şəkildə ona yetişmir.

Dini mənbələrdə bunu bir neçə səbəbləri qeyd olunur ki, ümulikdə insanın öz mənfi əməllərinə və niyyətinə qayıdır. Yəni duasına istədiyi şəkildə qarşılıq almamağın səbəbkarı məhz insan özüdür.

İmam Səccad (ə) insanın dualarının qəbul olmasına mane olan bəzi işləri xatırladaraq buyurub: Bu kimi günahlar duanın qəbul olmasına maneədir:
Pis niyyət
Daxilin, mənəviyyatın napaklığı

Qardaşlarla münafiq, ikiüzlü kimi rəftar etmək
Duada tərəddüd etmək

Vacib namazları tərk etmək
Səni Allaha yaxınlaşdıracaq ehsan və yaxşılığı tərk etmək

Söyüş nə nalayiq sözlərdən istifadə etmək, bu kimi sözləri dilə gətirmək.(əl-Kafi 2/331)/Yaşar Nuriyev




© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter